Page 107 - Pure Life 07
P. 107
İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 129
b) İbn Şəhr Aşub yazır: «İmam Hüseyndən (ə)
soruşdular: «Nə üçün Allahdan bu qədər
qorxursan?»
İmam (ə) buyurdu: «Yalnız bu dünyada
Allahdan qorxan (və əməllərinə diqqət edən)
insanlar qiyamət gününün (əzabından) əmin-
1
amanlıqda olacaqlar.»
İmamımızın (ə) Allah-taalaya əsl itaətkar qul
olmasını özündə təcəssüm etdirən çox saylı
minacatları da mövcuddur.
2
6. Allah eşqi
( )
«Allaha iman gətirənlərin Ona olan məhəbbəti
daha da şiddətlidir.»
3
İmam Hüseyn (ə) Allah qarşısında məsuliyyət və
qorxu hissi ilə bərabər Tanrıya olan eşqi, sevgisi ilə
də məşhur idi. Necə ki, Qurani-Kərim mömünləri
vəsf edərək buyurur: “Bizim ayələrimizə iman
gətirənlər yalnız o şəxslərdir ki, «... öz Allahını
4
qorxu və məhəbbətlə (ümidlə) səsləyirlər...»
1. «Mənaqib», c. 4, səh. 68.
2. Şeyx Abbas Qumi, «Məfatihül-cinan», səh. 441; «Musuətü-
kələmatil-İmamil-Hüseyn (ə)», səh. 170-171.
3. Bəqərə surəsi, ayə 165.
4. Səcdə surəsi, ayə 15-17.