Page 108 - Pure Life 07
P. 108

128  / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)

                     İmam      Hüseyn      (ə)   gülümsəyərək       buyurdu:
                  «Qardaşım,  təkəbbür  yalnız  tək  olan  Allah-taalaya
                  məxsusdur  və  Uca  Tanrıdan  qeyrisinə  təkəbbürlü
                  olmaq yaraşmaz. Amma o ki, qaldı mənim rəftarıma,
                  məgər eşitməmisən ki, Allah buyurur: «İzzət Allaha və
                  Peyğəmbərinə və mömünlərə məxsusdur?» (Yəni mən
                  izzət və vüqar sahibiyəm, lakin təkəbbürlü deyiləm.)

                         5.  Allah qorxusu
                               (                             )

                                                                            1
                     «Bəndələri içərisində Allahdan ancaq alimlər qorxar.
                     (Onlar  elm  sahibləri  olduqları  üçün  Allahın
                  vəhdaniyyətini,  heybət  və  əzəmətini  daha  yaxşı
                  başa düşür və Ondan daha çox qorxurlar)»
                     Mənəvi üstünlüklərin və İlahi əxlaqın şahı olan İmam
                  Hüseynin (ə) olduqca dəyərli və hamımıza nümünə ola
                  biləcək xüsusiyyətlərindən biri də, ona daim hakim olan
                  Allah  qorxusu  idi.  O,  Böyük  Yaradana  olan  sonsuz
                  imanı  nəticəsində  həmişə  Allah  qarşısında  məsuliyyət
                  hissi daşıyır, Qüdrətli Xaliqi hər şeyə nazir görərək öz
                  bəndəliyinə aciz şəkildə izhar edirdi.
                     a)  İbn  Səbbağ  Maliki  «Fusulül-mühimmə»  adlı
                  kitabında rəvayət edir ki, Həzrət Hüseyn (ə) həmişə namaz
                  qılmaq  istərkən  qorxusundan  rəngi  saralardı.  Bunun
                  səbəbini ondan soruşduqda isə buyurdu: «Heç bilirsinizmi
                                                                        2
                  mən kimin qarşısında durub ibadət etmək istəyirəm?»


                  1. Fatir surəsi, ayə 28.
                  2. «Fusulül-mühimmə», səh. 183.
   103   104   105   106   107   108   109   110   111   112   113