Page 113 - Pure Life 07
P. 113

İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 123

                     Borclu  olduğum  şəxslər  məni  incidir.  Onlar
                  səbirsizliklə pulu ödəməyimə israr edirlər. Mənim isə
                  heç nəyim yoxdur. Get, onlarla danış, pul sahiblərini
                  qane et ki, mən pul toplayana qədər gözləsinlər.»
                     İmam  (ə)  məktubu  oxuduqdan  sonra  borclu
                  kişini evinə də`vət etdi. Ona min dinar pul verərək
                  belə buyurdu: «Bu pulun beş yüz dinarı ilə borcunu
                  ödə.  Yerdə  qalan  beş  yüz  dinarla  isə  öz  həyatını
                                                                       1
                  yenidən qur ki, heç kimə möhtac olmayasan.»
                     q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn
                  (ə)  yataqda xəstə  yatan  Usamə  ibn  Zeydin  yanına
                  onu  yoxlamağa  getdi.  Xəstənin  gözü  İmama  (ə)
                  sataşdıqda  kədərli  halda  dərindən  ah  çəkdi.  İmam
                  (ə)  buyurdu:  «Qardaşım,  nə  üçün  qəmlisən?»
                  Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə,
                  min dinar miqdarında bəzi şəxslərə borcum var.»
                     Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm.»
                     Usamə dedi: «Qorxuram ki, borclu halda öləm.»
                     İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki
                  sağsan,      mən       sənin      borcunun        hamısını
                  ödəyərəm.»Və belə də etdi.»
                                                   2
                     q)  Yaqut  Müstəsəmi,  Ənəs  ibn  Malikdən  belə
                  rəvayət  edir:  «Mən  (Ənəs  ibn  Malik)  İmam
                  Hüseynlə (ə) birlikdə söhbət edirdim. Elə bu vaxt
                  kənizi İmamın (ə) yanına gələrək ona bir ədəd qızıl
                  gül  bağışladı.  İmam  (ə)  buyurdu:  «Allah  yolunda
                  səni azad etdim.»


                  1. «Tuhəfül-üqul», səh. 308.
                  2. «Təfsiri-Əyyaşi», c. 2, səh. 257.
   108   109   110   111   112   113   114   115   116   117   118