Page 75 - Pure Life 07
P. 75

Kərbəla qiyamında qadınların rolu  / 161

                     Ümmü Amir ləqəbli Nəsibənin Ühüd döyüşündə,
                  Həmzənin          bacısı        Səfiyyənin         Xəndək
                  müharibəsində düşmənə qarşı vuruşaraq göstərdiyi
                  rəşadətlər üçün Peyğəmbərimizin (s) onlara behişt
                                                            1
                  və`d etməsi də, buna misal ola bilər.
                     Müsəlman  xanımlar  öz  atalarını,  ərlərini,
                  qardaşlarını  və  övladlarını  Peyğəmbərin  (s)
                  düşmənlərilə  mübarizəyə  həvəsləndirməklə  birgə,
                  onların  şəhid  olduğunu  eşitdikdə  də,  daim  qürur
                  hissi ilə yüksək səbir və dözüm nümayiş etdirmişlər.
                     Ühüd döyüşündə qardaşının, dayısının və ərinin
                  şəhid olduğunu eşidən Hİmnə binti Cəhişin vüqarla
                  «hamımız Allah tərəfindən yaranmışıq və hamımız
                  Ona  doğru  geri  dönəcəyik.»  deyə,  söyləməsi,
                  müsəlman  qadının  hər  şeyə  qadir  olduğuna  bir
                                       2
                  örnək sayıla bilər.
                  Qadınların Kərbəla qiyamındakı rolları
                  Kərbəla  qiyamının  inkişaf  tarixini  və  hadisələrin
                  məntiqi  ardıcıllıqla  gedişini  izlədikdə,  onun  hər
                  ləhzəsində  ləyaqətli  müsəlman  xanımının  da  öz
                  rolu olduğunu anlayarıq. Belə ki, biz, İslam tarixi
                  boyunca seyr etdiyimiz nümunəvi qadına xas olan
                  xislətləri  Kərbəla  qiyamında  adı  səslənən  hər  bir
                  qadında kamil şəkildə görürük.


                  1.  «Sirəti-İbn  Hişam»,  c.  3,  səh.  45  və  179;  İbn  Əbil  Hədid,
                  «Nəhcül-bəlağənin şərhi», c. 3, səh. 377 və 388 «Kənzul-ümmal»,
                  c. 13, səh. 632.
                  2.  «Tarixi-Təbəri»,  c.  2,  səh.  74;  İbn  Əbil  Hədid,  «Nəhcül-
                  bəlağənin şərhi», c. 3, səh. 388 və 395.
   70   71   72   73   74   75   76   77   78   79   80