Page 77 - Pure Life 07
P. 77
Kərbəla qiyamında qadınların rolu
1
Röya Mehtiyeva (Azərbaycan) ,
2
Dr. Əfzələddin Rəhimov (Azərbaycan)
Alınan tarix: 11/07/2016 qəbul tarixi: 02/11/2016
Məqalənin Xülasəsi
Məqalədə Həzrət İmam Hüseynin (ə) qiyamında
qadınların rolundan bəhs edilir. Bu məqalədə, Əhli-
beyt (ə) xanımlarının deyil, onlardan əlavə hansı
dəyərli xanımların Kərbəla qiyamındakı əsaslı rolu
olub-olmaması araşdırılır. Bu haqda olan tarixi
məqamlara toxunulur.
Açar sözlər: Kərbəla, qiyamında, qadınların
Müqəddimə
Məhəmməd peyğəmbərin (s) gəlişi ilə cəmiyyətdə
tam insani hüquqlu şəxsiyyətə çevrilən qadınlar
daim İslam dininin inkişafı və müdafiəsi yolunda
özünəməxsus əhəmiyyətli rol oynayaraq, böyük
nüfuz qüvvəsinə malik olmuşlar.
Biz İslam tarixini diqqətlə izlədikdə, bu dinin
yarandığı gündən e`tibarən Həzrət Xədicə (ə) kimi
namuslu, cəsur qadınların tərəfindən maddi və
mə`nəvi cəhətdən mühafizə olunaraq,
dəstəkləndiyinin şahidi oluruq.
1. İlkin bakalavr pilləsi, İslam maarifi fakültəsi, Əl-Mustafa
Beynəlxalq Virtual Universitetinin, Qum, iran, royamehdi@mail.ru
2. elmi-işçi in Əl-Mustafa Beynəlxalq Virtual Universitetində,
Qum, iran, rahimli80@mail.ru