Page 76 - Pure Life 07
P. 76
160 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
O, bütün var-dövlətini İslam dininin qorunması
və inkişafı yolunda xərcləməklə yanaşı sevimli
Peyğəmbərimizi (s) ən böhranlı vaxtlarda belə tərk
etmədi. Böyük mal-mülkə sahib, zəngin bir xanım
olan Xədicənin (ə) bütün sərvətini İslam yolunda
sərf edərək, sonda isə müşriklərin yaratdığı iqtisadi
blokadanın nəticəsində aclıq ucbatından dünyasını
dəyişməsi də, möhtəşəm qadın fədakarlığının
1
möhtəşəm nümunəsidir.
Həmçinin Həzrət Fatimə (s) kimi dəyərli xanımların
atasının və yaxınlarının qürbətinə, ayrılığına dözməklə
bərabər, İslam yolunda öz vətənindən belə köçüb, yad
şəhərlərə hicrət etməsi, onun simasında müsəlman
2
qadınının əzmindən xəbər verir.
Təsadüfi deyildir ki, Əmmar Yasirin (ə) anası
Süməyyə düşmənlərin ən ağır işgəncələrinə
dözərək əqidəsindən, inamından dönməmiş elə
buna görə də, müşriklər tərəfindən amansızlıqla
qətlə yetirilmişdi. Belə ki, O, İslam dünyasının ilk
3
şəhidi sayılır.
Peyğəmbərin (s) dövründə müharibələrdə
döyüşçülərə qulluq edən, onların qayğısına qalan
müsəlman qadınlar bundan əlavə hətta ən çətin
anlarda da, döyüş meydanına atılaraq
qəhrəmancasına vuruşmuşlar.
1. «Sirəti-İbn Hişam», c. 1, səh. 274; «Kənzul-ümmal», c. 13, səh. 275.
2. «Məsumların həyatı», səh. 41.
3. «Kənzul-ümmal», c. 13, səh. 630.