Page 81 - Pure Life 07
P. 81

Aşura mərasimləri, mənəvi dəyər kimi/ 155

                     Bilmirsən ki, Allah Məkkəni hərəm götürməzdən
                  əvvəl  Kərbəlanı  hərəm,  əmin  və  mübarək  yer
                  olaraq götürmüşdür?
                     İmam  Zeynülabidin  (ə)  buyurur:  “Allah
                  Kərbəlanı  əmin  yer  və  mübarək  məkan  etmişdir.
                  Allah yer üzünü silkələyəndə onu yaydı və ucaltdı,
                  onun  torpağını  nurlu  və  saf  etdi.  Onu  Cənnət
                  bağlarından da üstün bağ etdi və onu Cənnətdə ən
                  üstün məskən etdi.
                     Orada  peyğəmbərlərdən  və  mürsəllərdən  başqa
                  kimsə sakin olmaz. Ulduzlar yer əhli üçün parlaqlı
                  olduğu kimi ora da Cənnət bağçaları içərisində gül
                  saçır.  Kərbəlanın  nuru  cənnət  əhlinin  hamısını
                  bürüyür və deyər: mən Allahın müqəddəs, pak və
                  mübarək yeriyəm hansı ki, şəhidlərin böyüyünü və
                  cənnət        cavanlarının        rəhbərini       özümdə
                                 1
                  saxlamışam” .
                     Müaviyə bin Vəhəb rəvayət edir: “Bir gün İmam
                  Cəfər Sadiqin (ə) xidmətinə getmişdim, gördüm o
                  həzrət  namaz  qılmaqla  məşğuldur.  Onun  namazı
                  bitirməsini gözləmək üçün oturdum.
                     İmam  (ə)  namazı  bitirdikdən  sonra  münacat
                  etməyə  başladı.  O,  Allaha  belə  dua  edirdi:
                  Allahım!  Biz  Əhli-beytə  kəramət  əta  etmisən,
                  Qiyamətdə ümmətin şəfaətini bizə vədə vermisən,



                  1. İbn Qələveyh, Kamilüz-ziyarət, səh-451, hədis № 678, Əllamə
                  Məclisi,  Biharül-ənvar,  cild  101,  səh-108,  Əllamə  Nuri,
                  Müstədrəkül-vəsail,  cild  X,  səh-323,  Hürr  Amili,  Vəsailüş-şiə,
                  cild XIV, səh-515.
   76   77   78   79   80   81   82   83   84   85   86