Page 80 - Pure Life 07
P. 80
156 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
risalət elmini bizə verib və bizi Peyğəmbərin (s)
varisi qərar vermisən və keçmiş ümmətləri bizimlə xətm
etmisən. Keçmiş və gələcək elmləri bizə əta etmisən və
bizim vilayətimizi insanlara vacib buyurmusan.
Səndən istəyirəm babam İmam Hüseynin (ə)
məzari-şərifini ziyarətə gələnləri əfv et. Onların
günahlarını bağışla. O kəslər ki, evlərindən, yurd-
yuvalarından çıxıb ziyarət məqsədi ilə səfərin hər
bir əzab əziyyətinə qatlaşaraq var-dövlətindən və
canlarından keçirlər, onlara bizim tərəfimizdən
mükafat əta elə.
Bütün müşkül işlərini həll etməklə onları
istəklərinə çatdır. Bu yolda nə qədər xərc etsələr,
birə min əvəzini ver. Evdə əhli-əyalını
valideynlərini və övladlarını yerin və göyün
bəlalarından qoru.
Özünü də hər növ xəta-bəladan uzaq, öz
amanında saxla, öz evlərinə sağ-salamat
getmələrinə kömək et. Özünü və ailəsini insanların
vəsvəsələrindən və şeytanın şərrindən uzaq elə.
Onların qohum-qardaşlarına və vilayətlərində
yaşayan saleh bəndələrə əmin-amanlıq əta et.
O kəslərin ki, ürəklərində babam Hüseynin (ə)
eşqi var və onun qəbrini ziyarət etmək
eşqindədirlər, lakin maneçilik üzündən ziyarət edə
bilmirlər o maneləri tezliklə aradan apar.
Hüseynin (ə) ziyarətinə tərəf istiqamətlənən və
onun məzarına sürtünən üzləri Qiyamətdə şəfaət
müjdəsi ilə ağ və gülərüz elə.