Page 79 - Pure Life 07
P. 79
Aşura mərasimləri, mənəvi dəyər kimi/ 157
İmamın (ə) özünün və əhli-əyalının müsibətinə
ağlayan gözləri dünya və axirətdə qəmgin eləmə.
Həmçinin bizim müsibətlərimizə yanan ürəklərə
rəhm elə, onları Cəhənnəm odunda yandırma. Su
içərkən, Kərbəlanın susuz qurbanlarını yad edib,
onlara salam və salavat göndərən kəsləri Qiyamətdə
Cənnətin müqədiməsi olan Kovsər suyu ilə sirab elə.
İmam Sadiq (ə) bu duaları etdikdən sonra
səcdədən başını qaldırdı. Mən ona dedim: Ey
movlam! Bu duanı sizdən eşitdikdən sonra qəlbimdə
həcdən çox Kərbəlanı ziyarət etmək arzusu yarandı.
O, buyurdu: Ey Müaviyə! Səni kim saxlayıb və sənə
kim mane olur ki, o böyük şəxsi ziyarət etmirsən?
Dedim: Allah məni sənə fəda etsin! Onun
ziyarətinin bu qədər fəzilətli olduğunu bilmirdim.
İmam (ə) buyurdu: Ey Müaviyə! O həzrəti
ziyarət edənlərə göydə daha çox dua edərlər, nəinki
yerdə. O ziyarətçilərə Peyğəmbər (s), Əli (ə),
Fatimə (ə), Həsən (ə) və digər imamlar (ə) dua
edərlər. Sən istəməzsən ki, o kəslərdən olasan ki,
Qiyamətdə mələklər başları üstündə dolanıb onları
mühafizə etmiş olsun?
İstəməzsən ki, məhşərə günahlardan təmizlənmiş
halda gələsən?
Məgər istəməzsən ki, o kəslərdən olasan ki, onun
şəfaətçisi babam Peyğəmbər (s) özü olsun?