Page 83 - Pure Life 07
P. 83

Aşura mərasimləri, mənəvi dəyər kimi/ 153

                     Deməli  Yezid  İmam  Hüseyni  (ə)  öldürtməklə
                  özünü əbədi ilahi əzaba düçar etmişdir. Peyğəmbər
                  (s) buyurur:
                     “Cənnət  mənim  Əhli-beytimə  zülm  edənə  və
                  ailəmə  əziyyət  edənə  haram  olmuşdur.  Hər  kəs
                  Əbdülmüttəlib  övladlarından  birinə  yaxşılıq  etsə,
                  amma  mükafatlanmasa,  Qiyamət  günü  mən
                                                                         1
                  Rəbbimlə görüşəndə onu mükafatlandıracağam” .
                  Kərbəla ziyarətinin savabı
                  Peyğəmbər  (s)  Hüseiynə  (ə)  dedi:  “Ey  oğlum!
                  Cəbrail  (ə)  mənə  xəbər  gətirdi  ki,  məndən  sonra
                  səni qətl edib bədənini parçalayacaqlar. Hüseyn (ə)
                  dedi: Babacan! Bizim qəbirlərimizi ziyarət edənlər
                  üçün nə səvab vardır?
                     Peyğəmbər  (s)  buyurdu:  Oğlum!  Ümmətimdən
                  hər  kəs  sizi  ziyarət  etsə,  sizə  əl  sürtsə,  mənə
                  vacibdir ki, Qiyamət günü gəlib onu ziyarət edim,
                  onu  qiyamətin  dəhşətli  əhvalından  xilas  edim  və
                                                   2
                  onu Cənnətdə sakinləşdirim” .
                     Hədisdə  deyilir:  “Bir  şəxs  İmam  Sadiqin  (ə)
                  yanına  gəlib  Məkkədə  mal-mülk  alıb  ora  köçmək
                  istədiyini dedi. İmam (ə) ona buyurdu: bunu etmə.
                     Çünki Məkkə əhli açiq-aşikar Allaha qarşı küfr
                  edirlər.  Ravi  dedi:  Əgər  belədirsə,  Mədinədə
                  alımmı?  İmam  (ə)  dedi:  onlar  məkkəlilərdən  də
                  pisdirlər. Ravi dedi: bəs harada məskən salım?


                  1. Carullah Zəməxşəri, Təfsirul-Kəşşaf, cild IV, səh-213.
                  2.  Əllamə  Hairi,  Dairətül-məarif,  cild  VIII,  səh-251,  Əllamə
                  Məclisi, Biharül-ənvar, cild 101, səh-148.
   78   79   80   81   82   83   84   85   86   87   88