Page 222 - Pure Life 09
P. 222

/

                      (
                    248  PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)


                      -  Bir millətin hökumət və idarəetmə təşkilatı.
                      -  Siyasi  heyət  ünvanında  tanınan  vətəndaşlar
                         toplusu.
                      -  Vahid bir siyasi hakimiyyətə tabe olan geniş
                         bir ölkə.

                      Alen  Beyro  zehndə  yaranan  dövlətin  məchul
                  simasını  daha  da  şəffaflaşdırmaq  üçün  əlavə  edir
                  ki,  dövlət  həqiqətdə  yalnız  qanunu,  konstitusiya
                  çərçivəsində hökuməti qorumaq, hamının tərəqqisi
                  və  səadəni  (rifahını)  yüksəltmək,  ümumi  nəzmi
                  təmin  və  ümumi  məsələləri  idarə  etməyin  onun
                  xüsusi  vəzifəsindən  ibarət  olduğu  siyasi  formadır
                  (quruluşdur).
                      Dövlət bir fərd və ya bir qrupdan ibarət olmayan
                  ümumi mənafelərin təminində xüsusi ixtisasa malik
                  olan bir hissə deyil, əksinə hansısa bir tənzimləyici
                  aparatı formalaşdırmaq və istiqamətləndirmək üçün
                  cəmiyyətin  başında  yer  tutan  və  möhkəmlənməyi
                                                             1
                  qəbul edən təşkilatların məcmusudur.
                      İki amerika və ingiltərəli yazıçının müştərək işi olan
                  digər  “ictimai  elmlər  lüğəti”ndə  onlar  “dövlət”
                  məfhumunu açıqlamaqla müxtəlif mənalar təqdim edirlər.











                  1.  Alen  Beyron,  “Fərhənge  ulume  ictimai”,  səh.  404.
                  Tərcümə: Doktor Baqir Saruxani.
   217   218   219   220   221   222   223   224   225   226   227