Page 243 - Pure Life 09
P. 243

Siyasət Elminə bir Baxış/ 227


                     Siyasətə  bu  cür  tərif  verməklə  hər  bir
                  cəmiyyətdə  onları  islah  etmək  prosesi,  inkişaf  və
                  tərəqqisinin  “iqtisadi  fəaliyyətlər”  adlanması
                  imkanı vardır. Dərk olunan məsələlər, məfhumlar,
                  təmayül  və  bağlılıqlar  vardır  ki,  onların  islah
                  edilməsi,  inkişaf  və  tərəqqi  cərəyanı  ümumilikdə
                  “mədəniyyət” adlanır.
                      Nəticədə, elə rabitə və nisbətlər mövcuddur ki,
                  imkanların  məfhumlar,  təmayüllər  və  onlar
                  arasında  həmahəngliyin  (mütənasibliyin)  bərqərar
                  edilməsi ilə tərkib yaratma amili müəyyən cəhətdən
                  bir     istiqamətdədir      və     onların     islah     və
                  genişləndirilmə cərəyanı “siyasət” adlanır.
                      Ümumi  və  xüsusi  olmasından  asılı  olmayaraq,
                  siyasətin  tərifinə  əsasən  hər  bir  cəmiyyət  və siyasi
                  sistem mədəni qabiliyyət və qüdrətə, insani (mədəni
                  və zehni) və fiziki qüdrtə (imkanlara) malikdir.
                      Cəmiyyətin          rabitələrinin        mütənasiblik
                  qabiliyyəti  bunların  hər  üçünün  birləşməsinin
                  nəticəsindən  asılıdır.  Beləliklə,  siyasətdən  mütləq
                  şəkildə  söhbət  açıldığı  zaman,  misal  üçün,  onun
                  dinlə  rabitəsindən  danışıldığında,  daha  çox  onun
                  ümumi və geniş məfhumu nəzərdə tutulur.
                      İmam  Xomeyni  dinlə  siyasətin  rabitəsi  barədə
                  buyurmuşdur: “Peyğəmbərlərin peşəsi siyasətdir və
                  din  insanları  buradan  hərəkətə  gətirərək  bütün
                  milət və insanların məsləhətinə olan şeylərə doğru
                  yönəldən həmin siyasətdir.”
   238   239   240   241   242   243   244   245   246   247   248