Page 154 - Pure Life 11
P. 154
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /153
Çünki orada yazılan kişi və ya qadın adının arxasında
bilinmir kim oturub, onun sifəti necədir, yaşı neçədir.
İnternet cinssiz mühitdir. Ona görə internetə qısqanmaq da
düzgün deyil.
Sadəcə, kimsə mənimlə ünsiyyət qurmursa, internetdə
ünsiyyət qurursa, deməli, problem mənim özümdədir”.
Adətən bir nəfər bütün şəbəkələrdə olur. Birindən çıxır,
o birisinə girir. Bu zaman həm də gecə yuxusu ilə bağlı
problem yaranır. Bütün gecəni otururlar, ünsiyyətdə
olduqları insanlar gedib yatmayana qədər yatmırlar.
İnsanları sosial şəbəkələrdə bu qədər vaxt keçirməyə
ünsiyyətin çatışmazlığı vadar edir. Əsasən də gənclər
ünsiyyət qurmaq, əylənmək üçün istər-istəməz maddi
vəsait xərcləməlidirlər. Amma internetdə oturub eyni
vaxtda bir neçə dostla ünsiyyətdə olmaq mümkündür.
İnsanlar bir növ öz həyatlarını sosial şəbəkələrə açıb
tökürlər. Burada heç bir norma yoxdur”.
A.İsazadənin sözlərinə görə, psixoloqa müraciət
edənlər içərisində yeniyetmələr, xüsusən də yeniyetmə
qızlar üstünlük təşkil edir: “Əsas problem yenə də
ünsiyyətdir. Oğlanlar yenə harasa çıxa bilirlər. Qızlar üçün
isə evdən kənar ünsiyyət bir qədər problemləşib. Əsasən
də axşamlar.
Əvvəllər telefon əsas ünsiyyət vasitəsi idi, indi Facebook
onu əvəz edir. Elə olub ki, ailədə əvvəlcə biri, sonra onun
acığına o biri internetdə tanışlıq yaratmağa başlayıb. Sonda
ikisində də bu məsələ açılıb, konflikt yaranıb, proses
boşanmaya qədər gəlib çıxıb. Demirəm səbəb şəbəkədə
fəaliyyət göstərmək idi, amma bu, onların arasında olan
çatı daha da genişləndirdi və son damla oldu”.
Din sosial şəbəkələrdə tanışlıqların əleyhinə deyil
“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli
bildirib ki, hər hansı yenilik, elmi tərəqqi dini baxımdan