Page 156 - Pure Life 11
P. 156
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /155
Bu informasiyalardan pis məqsədlər üçün də istifadə
edilə bilər. Buna görə də sosial şəbəkələrdə işləyərkən
mütləq məlumatlı olmaq lazımdır.
Orda gənclərimizi, qızlarımızı bizim istəmədiyimiz
cərəyanlara cəlb etmək imkanları var. İnsanları aldadaraq,
müəyyən münasibətlər quraraq onlardan sonra istifadə edə
bilərlər. Bu təhlükə hər zaman var.
Buna görə də insanlar çox diqqətli olmalıdırlar. Sosial
şəbəkələrə daxil olarkən insan özü haqqında məlumatlar
yerləşdirir. Öz profilinizi özü yaradır. Sonra həmin
informasiyalar onun əksinə istifadə oluna bilər”. Bir daha
internet asılılığının fəsadları barədə... İnternet asılılığı
insanlarda bir sıra fiziki və psixoloji fəsadların
yaranmasına səbəb olur. Bu isə həm onların özləri, həm də
cəmiyyət üçün arzuolunmaz haldır.
Mütəxəssislərin qənaətincə, internet asılılığının əsas
psixoloji fəsadları bunlardır:
- Kompyuter arxasında özünü yaxşı hiss etmə və
eyforiyaya qapanma,
- Kompyuterdən ayrılmağın problemə çevrilməsi;
- Kompyuter arxasında keçirilən vaxtın tədricən
artması,
- Ailəyə, yaxınlara və dostlara qarşı etinasızlıq,
- Kompyuterdən kənarda olarkən mənəvi boşluğun,
depressiyanın, əsəb gərginliyinin yaranması,
- Öz fəaliyyəti haqqında işdə müdiriyyətə, evdə isə
ailə üzvlərinə yalanlar uydurma,
- İş və ya təhsillə bağlı problemlərin aranması.
İnternetdə uzun müddət vaxt keçirmə karpal kanalı
sindromu (əl əzələlərinin uzun müddət gərilməsi
nəticəsində yaranan problem), gözlərdə quruluq, miqren
tipli baş ağrıları, bel ağrıları, qida rejiminin pozulması,