Page 155 - Pure Life 11
P. 155
/
(
154 PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
müsbət qiymətləndirilir. Problem heç də sosial şəbəkələrin
varlığında deyil, onlardan hansı məqsədlərlə istifadə
olunmasındadır:
“İstisna eləmək olmaq ki, bəzi hallarda insanlar
arasında virtual tanışlıqlar ailələrin dağılmasına səbəb ola,
onların əxlaqına mənfi təsir göstərə bilir. Amma bunun
günahını sosial şəbəkələrdə axtarmaq düzgün olmazdı.
Ümumiyyətlə, bunun əsas günahını insanların bu və ya
digər əxlaqi dəyərlərə bağlılığında görmək lazımdır.
Şəbəkələrin varlığı müsbət haldır.
İnsanlar kiminləsə ünsiyyət qurmaq, tanışlıqlarını
artırmaq istəyir, bu normaldır. Din də bu cür tanışlıqların
əleyhinə deyil. Əsas olan ünsiyyətin mövzusudur. Bu isə
sosial şəbəkələrlə yox, cəmiyyətin mənəvi durumu ilə
bağlıdır”. Azyaşlı uşaqların sosial şəbəkələrdə iştirakının
əleyhinə olduğunu bildirən axund deyib ki, valideynlər
tərəfindən bunun qarşısını almaq üçün nəzarət
mexanizmləri olmalıdır: “Belə hallara qarşı mübarizə
aparmaq üçün cəmiyyətin immuniteti olmalıdır. Azyaşlılar
özbaşına buraxılarlarsa, bunun ciddi fəsadları ola bilər”.
İnsanlar sosial şəbəkələrin müsbət cəhətləri ilə yanaşı,
mənfi cəhətlərini də bilməlidirlər.
“Sosial şəbəkələrin müsbət cəhəti də çoxdur. İnsanların
bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin
müzakirəsində çox böyük üstünlüklər yaradır. Amma
sosial şəbəkələrdən düzgün istifadə etmədikdə müəyyən
problemlərə rast gəlmək olar. Xüsusən insanların
aldadılması, müxtəlif cərəyanlara cəlb edilməsi
mümkündür. Ən vacib məqam insanların bu sahədə
maarifləndirilməsidir.
İnsanlar sosial şəbəkələrin müsbət cəhətləri ilə yanaşı,
mənfi cəhətlərini də bilməlidirlər. Bilirsiniz ki, sosial
şəbəkələrdə çoxlu sayda informasiya toplanır.