Page 105 - Islamic Studies 02
P. 105

Həqiqət və onu tanıma yolları/ (103


                 “  Allah  sizlərdən  imanlı  olan  şəxslərin  dərəcəsini  yuxarı
               aparır.    Elmə  malik  olan  şəxsləri  yüksək  dərəcələrə  qaldırır.
               Allah gördüyünüz işlərdən agahdır. ”      1
               Deməli  biz  bilməliyik  ki  Allaha  iman  insanın  hərəkətinə
               istiqamət verib.  onun
               məqsədini  aydınlaşdırır.    Əgər  imanımız  olmazsa,    təkamül
               yolunu  düzgün  seçə  bilmərik.    “  Allaha  və  Qiyamətə  imanı
               olmayan şəxslər düzgün yoldan azacaqlar. ”       1
               Düzgün  iman  və  etiqad  bizi  maddiyyatdan  və  heyvani
               istəmələrimizdən  tədricən  uzaqlaşdırır  və  yalnız  ehtiyacımız
               olduğu  miqdarda(  həddə)  kifayət  edir.    İman  nuru  olmayan
               insanlar  isə  bunun  əksinə,    birbaşa  madiyyata,          heyvani
               istəklərinə üz tutub maddi aləmə bağlı qalırlar.  Belə insanlar
               həqiqət  yolunda  olmadıqlarından  eyni  zamanda  həqiqəti
               axtarmadıqlarından,    Allaha  yaxınlaşmaları  da  heç  vaxt
               mümkün  olmayacaq.    Biz  bir  yaxşı  iş  gördüyümüzdə,    onu
               Allaha xatir niyyəti ilə yerinə yetiririk.  Bu bizim fitrətimizdən
               doğan  (  irəli  gələn)  qaynaqlanan  bir  istək,      imanımızdan
               yaranan bir fikirdir.
               İman əməllərin əsası,  bünövrəsidir və ona dəyər verir. ( onu
               dəyərə mindirir).

               İman və İradə
               İman elmdən əlavə insanın istək və iradəsindən asılı olan bir
               xüsusiyyətdi.  İstək olmayan yerdə imandan danışmaq olmaz.
               İman o zaman qəlbdə peyda olur ki insan müəyyən həqiqətə
               ehtiyaclı olduğunu anlayır və ona yaxınlaşmaq qərarına gəlir.
               İman  bilmək  və  bildiyinin  tələblərinə  uyğun  olaraq  hərəkət
               etməkdir.    İnsan  öz  ixtiyarı  ilə  imana  çata  bilər  və  heç  bir


               1 - Muminin /74
   100   101   102   103   104   105   106   107   108   109   110