Page 104 - Islamic Studies 02
P. 104
102) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
təsdiqini iman hesab edən insanlar elə buna görə, imanı elmlə
bərabər tuturlar. Amma əslində bu belə deyildir.
Qurani-kərimə muraciət etdikdə, bu baxışın yalnış olduğu
məlum olur. Bir şeyin varlığını bilmək ona iman gətirmək
demək deyil. Bu haqda Nəml surəsinin 14cü ayəsində
buurulur: “ Ürəkdən əmin olduqları halda zülm və təkəbbür
səbəbindən inkar etdilər”. Söhbət Fironun Allahı inkarından
gedir. Burdan aydin olur elmin olduğu yerdə imanın olması
fikri yalnışdır. Amma bir nöqtəni qeyd etmək lazımdır ki,
imanın yaranması üçün elmə və ağla ciddi ehtiyac vardır. Biz
yuxarıda elm və mərifətdən söz açdıq. İnsanı xalis tövhidə
qovuşduracaq elm və maarifdən söhbət gedir. Şübhəsiz ki
İslam dini və maarifini nəzərdə tuturuq. Dinin başlanğıcı
tanımaq, məərifətdir dedik. İnsan nəzəri tövhidi öyrəndikdən
sonra, onu əməli tovhidə çevirməlidir. Bunun yolu isə İlahi
sevgidir. Deməli, elm sevgi ilə birləşdikdə, iman yaranır.
İnsan Allahdan qeyrisini sevməməlidir. Biz bir şeyi sevdikdə
ona itaət edir və sevdiyimizin əsirinə çevrilirik. Sevginin
izlərindən biri, itaət və təslimdir. Bu isə bir növ “ ibadət” dir.
Biz Allahı sevsək, ona iman gətirmiş olarıq; nəfsimizi sevsək,
onu özümüzə ilah qərəa verərik. Deməli, iman elm və
sevgidən doğan br hissdir. Ayədə buyurulduğu kimi:
“ Kim Allahı sevsə, Ona ibadət etmiş olacaq və kim aradan
gedən dünyanı sevsə, ona ibadət etmiş olacaq. Öz nəfsini
özünə ilah edəni gördünmü? Və sən onu hidayət edə
bilərsənmi?” 1
İman və mərifət nəfsani kamalların və Allah dərgahına seyr
etməyin əsası hesab olunur. Necə ki Müqəddəs kitabımızda
buyurulur:
1 - Furqan /43