Page 106 - Islamic Studies 02
P. 106

104) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               qüvvə  onu  bu  yolda  məcbur  etmək  qabiliyyətində  deyildir.
               İman məcbur olsaydı,  Allah bizi ona dəvət etməzdi.
               “Ey  insanlar!  Peyğəmbər  Rəbbiniz  tərəfindən  haqqı  gətirdi.
                                                                   1
               İman gətirsəniz bu sizin üçün daha yaxşıdır. ”
                İnsanın imana münasibətdə malik olduğu ixtiyar onun qəlbinə
               aiddir və ona tərif vermək çətindir.


               Quranda İman
               İnsan imanın əsl ünvanını bilməsə səhvə düşəcəkdir.  Həmişə
               olduğu kimi yenə də həqiqi imanı bizə Allah belə tanıtdırır:
               “Yaxşılıq təkcə üzünüzü gün çıxana ya gün batana çevirməklə
               deyil.  Yaxşı  əməl  odur  ki  insan  Allaha,    axirət  gününə,
               mələklərə,    kitab  və  peyğəmbərə  inanıb,    olanından  Allah
               yolunda sərf etsin”   2
               Ayə bizə imanı tərif etməklə yanaşı, bəyəndiyi ehsan sifətini
               də tərifləyir.  Deməli,  Allaha bütün sifətləti birgə olan iman,
               həqiqi  imandır.     Allaha  iman  Onun  hikmət  sifətinə  imana
               səbəb  olacaqdır  ki  buda  hikmət  üzərindən  peyğəmbərlərin
               göndərilməsi yəqinliyinə çatdırır.  Bunun ardınca Peyğəmbərə
               göndərilən kitaba,  mələklərə,  məada və qiyamət gününə iman
               yaranır.
               “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi və
               bütün  möminlər  Allaha,    mələklərə,    kitablara  və
                                                    3
               peyğəmbərlərə iman gətirdilər. ”
               Yalnız bildiyinə əməl etmək insanda iman yaradır. Bildiyinin
               əksinə əməl etmək isə küfr adlanır.  Həqiqət axtarışında olan
               mömin hər tərəfli imana sahib olmalıdır.  Beləliklə o imanın
               bütün mərtəbələrinə sahib olacaqdır.




               1 - Nisa /170
               2 - Bəqərə /177
               3 - Bəqərə /285
   101   102   103   104   105   106   107   108   109   110   111