Page 107 - Islamic Studies 02
P. 107
Həqiqət və onu tanıma yolları/ (105
“Möminlərin imanlarınin üstünə iman artırmaq üçün onların
qəlblərinə arxayınlıq nazil edən Odur”
1
İmanın dərəcələri haqqında qısa da olsa məlumat vermək
istəyirik. İmam Sadiq (ə) bu haqda belə buyurur. ” Allah -
təala imanı yeddi hissəyə bölüb: yaxşılıq, düzgünlük,
yəqinlik, razılıq, vəfadarlıq, elm və dözüm. Sonra onu
insanlar arasında bölüb. Kiminə bir, kiminə iki və ya daha çox
pay düşüb.. . Bir pay imanı olan şəxsə, iki pay imanı olan
şəxsin yükünü yükləməyin.. . Onlar bu yükü daşıya bilməz”. 2
İmanın dərəcələrini ustad Misbahın fikrincə sonsuzluğadək
artırmaq olar. Ancaq imanən meyarını təyin etməkdən ötrü
insanın əməlinə diqqət yetirmək lazımdır. dini vəzifələri yerinə
yetirmək imanın artmasına səbəb olur. Əməl azaldıqca iman
da azalır. dütün dini göstərişləri qəlbən qəbul edib onu əməldə
göstərmək insani imanın birinci pilləsinə çıxmasına kömək
edir. Qəlbən qəbul edib, qismən əməl edən insanlar günahkar
və nöqsanlı şəxs kimi tanınır. Belə insanlar öz əməllərinə
uyğun iman mərtəbəsində yer tuturlar.
Saleh əməl
İmandan sonrakı ən bəyənilən əməl saleh əməl və yaxşı
işlərdir. Bu qənaətə Allahın ayələrinə əsasən gəlmək olar.
Allah imandan sonra İlahi dərgaha yaxınlaşmağa və ali-insani
dərəcələrə nail olmaqdan ötrü saleh əməlin vacibliyini
vurğulayır. :
“Hər kəs iman və saleh əməllə Allaha tərəf gedərsə, məhz
3
onlar çox yüksək dərəcələrə və məqamlara nail olarlar. ”
1 - Ənfal /2
2 - Biharul-ənvar, 69 -cu cild
3 - Taha /75