Page 109 - Islamic Studies 02
P. 109
Həqiqət və onu tanıma yolları/ (107
barədə çəkilən məsəl necə də pisdir. Allah zalım qövmü doğru
1
yola yönəltməz!”.
Göründüyü kimi bu və bunun kimi bir çox ayədə yəhudilərin
küfrünə, müşriklərin fəsadına, munafiqlərin müsəlmanlara
qarşı olan nifaqına eləcə də peyğəmbər və möminlərin
imanına, onların əməllərini və hərəkətlərini dəlil olaraq
göstərir. Əməlin necəliyi insanın elminə münasibdir və buna
2
dəlalət edir. (əlmizan)Ona görə də tovhiddəki terminləri
tanimaq deyil, əksinə, onları tanımaq insanı hədəfə doğru
aparan bir vəsilədir ki, insan onunla kamilləşir. Buda
özlüyündə əməli tovhiddir.
Deməli, mühüm etiqad məsələlərindən biri insanın
xoşbəxtliyində iman və əməlin roludur. Müqəddəs kitabımız
imansız əməli faydasız hesab edir. Çünki insanın gordüyü
bütün işlər üçün iki hal mümkündür; İş görənin məqsədi
3
Allahın razılığıdır, yada hansısa şəxsi məqsəddir.
Saleh əməl imanın şərtidir. Bizim əqidəmizə görə axirət
səadətini yalnız müsəlman anlaya bilər. Yeganə doğru yol
İslam dini olduğundan, onun göstərdiyi yol da, göstərişlərə
əməl etməkdir. Bu göstərişləri bizə Peyğəmbərimizvə onun
pak Əhli-beyti verir. Əhli- beyt yolunu tutanların həqiqəti
tanımaqda heç bir problemləri yoxdur. Onlar məqsədə doğru
düzgün hərəkət edən İlahinin bizə bəxş etdiyi rəhmətdir.
Hz Əlinin(ə) yetimlərin qayğısına qalması, onları himayəsinə
götürməsi bizə sübut və örnəkdir. Pis işlə Allahın qəzəbinə,
onun öz bəndələrindən üz döndərməsinə səbəb olur. “Allah
4
Qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz!”
1 - Cümə /5
2 - Əl-Mizan /cild3, səh 189
3 - Misbah, Allaha doğru, səh 133
4 - Ali İmran /77