Page 108 - Islamic Studies 02
P. 108

106) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

                Saleh əməl müqəddəs şəriətimizdə vacib və ya müstəhəb əməl
               kimi  təqdim  edilir.  Ən  gözəl  əxlaqi  keyfiyyətlərdən  sayılır.
               Qiyamət  günü  əməl  tərəzisinə  qoyulacaq  olanlardan  ən  əsası
               saleh əməllərdir.  Burada imanın rolu da istisna deyil.  İmam
               Sadiqdən bu haqda belə rəvayət olunur ki, iman yalnız saleh
                                    1
               əməllə sabit olur.
                Əməlin saleh olmasının yeganə meyarı onun şəriət və vəhylə

               muvafiq,    uyğun  olmasıdır.    Elmi  və  qəlbi  etiqadlar  əməllə
               birləşərsə,  təkamul yolunda addımlamaq daha rahat olar.  Elm
               və əməl arasında kökdən gələn bir bağlılıq vardır. Hər kəs öz
               daxili  aləminə  görə  əməl  edir.    Uca  Allah  İsra  surəsində  bu
               mövzuya toxunur:
               “De: hər kəs öz qabiliyyətinə görə iş görər “.     2
               Ayə  insan  əməlinin  onun  xislətinə  və  bənzəyişinə  uyğun  və
               muvafiq olduğunu bildirir.  Bu,  əmələ nisbətdə sanki bədəndə
               cərəyan  edən  ruh  kimidir  ki,    əzaları  və  əməlləri  ilə  ruhun
               mənəvi halını təmsil edir.    3
               Hasil olan budur ki,    əgər  insan  ondan  saleh  əməllərin zahir
               olması  üçün  Uca  Allahın  əxlaqları  ilə  əxlaqlanmaq  istəsə,
               gərək birinci növbədə qəlbi etiqadlarını düzəltsin.
               Kamilliyin  zirvə  nöqtəsi  hər  şeyi  Allahdan  bilməkdir.  Yəni
               hədəfə çatmaq üçün irəliləyən kamil insan üçün Allahın iradə
               və  istəyi  hər  şeydən  üstündür.    Bu  isə  ona  dəlalət    edir  ki
               Allahın buyurduğu hər bir şeyi qəbul və əməl etməlidir. Əməl
               etmədən  öyrənməyin  faydası  yoxdur.  Necə  ki  Allah
               buyurmuşdur:
               “Tövrata  əməl  etməyə  mükəlləf  olan,    lakin  onun  haqqını
               verməyən  kəslər(  əməl  etməyənlər)    belində  çoxlu  kitab
               daşıyan  ulağa  bənzərlər.    Allahın  ayələrini  yalan  sayanlar


               1 - Vəsailuş-şiə /cild 15,  səh 168,  hədis 6
               2 - İsra / 84
               3 - Seyyid Kamal Heydəri, Ruhun tərbiyəsi, səh. 30
   103   104   105   106   107   108   109   110   111   112   113