Page 110 - Islamic Studies 02
P. 110

108) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Saleh əməlli möminlər Allahın etinasızlığından çox qorxurlar.
               Bu  eyni  zamanda  fitri  bir  hisdir.  Zahirdə  kiçik  görünən  bu
               əməllər  batində  Allahın  razılığına  səbəb  olur.  İsar,    sileyi-
               rəhm,  insaf və mərhəmət də bu katiqoriyaya aiddir.  Niyyəti
               Allahın  razılığı  olan  hər  bir  iş  saleh  əməl  adlanır.
               Hədislərimizdə  bu  haqda  çox  oxumaq    olar.    Saleh  əməlin
               savabını saymaqla qurtarmaz.  Saleh əməl yerinə yetirən və ya

               bir ehtiyaclı mömin qardaşının istəyini ödəmək,  Həcc əməlini
               yerinə yetirmək qədər qiymətlidir Allah yanında.  Hz Sadiq (ə)
               buyurur: “Ey Cündəb oğlu! Dostluğun və düşmənçiliyin Allah
                                 1
               xatirinə olsun. ”
               Saleh  əməlin  təməlində  bu  prinsip  durarsa,    nə  xoş  bizim
               halımıza! Bəli,  bu olduqca çətin işdir və güclü iman istəyir.
               Müqəddəs kitabımızda  dəfələrlə bu mövzuya toxunulmuşdur.
               “Rəbbin yalnız ona  ibadət etməyi və valideynlərinə yaxşılığı
                               2
               buyurmuşdur” ,        “Biz  insana  ata-anasına  yaxşılıq  etməyi
                          2
               tapşırdıq. ”  Hətta    Allah  sübhanəhu  -təala  Əhli-beytə  olan
               sevgisinə işarə edərək buyurur:
                “(Ya Peyğəmbər!) De ki,  mən sizdən təbliğim müqabilində
                                                                         3
               ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm”
               Saf  məhəbbət,      sevgi,    mərhəmət  və  ehtiram  özü  də  saleh
               əməllərdən sayılır.
               Bütün bunlar bir daha sübut edir ki,  təkamül yolunda həqiqət
               axtarışına çıxan hər bir fərd,  saleh əməllərdən yn keçməməli,
               onları öz ömürləri boyu hayata keçirməlidirlər.  Səbəb:
               “Biz yaxşı iş görənlərin mükafatını zay etmərik”       4
               “Xeyir işlər görənlər mütləq mükafatlanacaqlar”       5



               1 - İsra /23
               2 - Loğman / 14
               3 - Şura/23
               4 - Kəhf /30
               5 - Zəlzələ /7-8
   105   106   107   108   109   110   111   112   113   114   115