Page 111 - Islamic Studies 02
P. 111

Həqiqət və onu tanıma yolları/ (109


               “Kim  zərrə  qədər  yaxşı  əməl  etsə,    onu  görəcək,    kim  zərrə
                                                      3
               qədər pislik etsə,  onu görəcəkdir”
                İnsan  xeyir  və  şər  əməllərinin  nəticəsini  deyil,    batinini
               görəcəkdir.
               Qəlblə  qılınan  namazın  dəyəri  ölçülməzdir.    Zahirən  düzgün
               qılınan  namaz  daxilən  də  düzgünvə  təmiz  surətdə  olmalıdır.
               Diqqətli olaq! Namazı ömrün son namazı kimi qilaq. Bu bizə
               tövsiyə  olunur.  “Ehsan  odur  ki,    Allaha  onu  görmüş  kimi
                                                                                 1
               ibadət edəsən. Əgər sən Onu görmürsənsə,  O səni görür.”

               İbadət
               Həqiqəti tanıma yollarından biri də ibadətdir.  İbadət dedikdə
               ağlımıza gələn ilk namaz və oruc olur.  Ancaq ibaətin mənası
               böyükdür  və  təkcə  namaz  və  orucla  tamamlanmır.  Qurani  -
               Kərimə  isnadən  bilirik  ki  Allah  ins  və  cini  məhz  ona  ibadət
               üçün  yaradıb.    Halbuki,    onun  bizim  ibadətimizə  ehtiyacı
               yoxdur. Çünki O,  mütləq kamal və mütləq ehtiyacsızdır.   Hz
               Əli  (ə)  Nəhcül-Bəlağədə  buyurur:”  Allah  məxluqu  onun
               ibadətindən ehtiyacsız,  itaətsizliyindən amanda olduğu halda
               yaratdı.”
                Bəs niyə ibadət etməliyik? İbadətin nə kimi faydaları  ola bilər
               ki? Bu kimi suallarla zehnimiz hardasa daim məşğuldur.  Dini
               əqidə     mənbələrimizə       əsaslanaraq      gəlin    bu     sualları
               cavablandıraq.
                Biz həqiqəti dərk etmək və yaradılış fəlsəfəmizi anlamaq üçün
               Allahla  aramızda  olan  maneə  və  pərdələri  aradan
               qaldırmalıyıq.  Bunun  üçün  isə  ən  rahat  və  səmərəli  yol
               ibadətdir.  Sadiqanə  edilən  pərəstiş  ən  gözəl  yoldur.  İbadət
               edən  insan  özünü  Allahın  iradəsinə  təslim  edir.    Bugünkü


               1 - Biharul-ənvar / 70 -ci cild
   106   107   108   109   110   111   112   113   114   115   116