Page 112 - Islamic Studies 02
P. 112

110) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               dünyamızda Allaha itaətsizliyin təməlində iradə azadlığı durur.
               İnanın  öz  nəfsinə  və  özü  kimi  insanlara  tabe  olub,    Allahın
               qanununa itaət etməməsi halhazırda  azadlıq hesab olunsa da,
               əsl həqiqətdə əsarətdir. Nəfsin əsarəti.  Biz gərək yalnız Allaha
               bəndəlik edək ki bəndəliyin ilk addımı isə ibadətdir.      1
               Allah-təala insana buyurur: “ Səni azad yaratdım,  başqasına
               qul olma.”. Yəni Allah özündən qeyrisinə olunan ibadəti zülm

               və cəfa hesab edir.  Ona tabe olmaq,  onun istəklərini şərtsiz
               yerinə  yetirmək  deməkdir.  Bəndılik  budur  ki  insan  həqiqəti
               yəni  hər  şeyin  Allahın  iradəsindən  asılı  olduğunu  anlasın.
               Bərdə olub,  nəfsinin qulu olmasın.  Çünki həqiqəti dərk etmək
               istəyən insan nəfs azadlığından kənara çıxmalıdır.
               İnsan  nəfsini  cilovladıqca  daha  çox  kamal  məqamına
               yaxınlaşır.    Kamal  zirvəsinə  çatdıqda  isə  nəfs  unudulur  və
               insan Allahın iradəsiylə “ nəfəs “ alır.
               Qeyd  etdik  ki  insanı  hədəfinə  çatdıracaq  yeganə  yol
               bəndəlikdir.  Bəndəliyin ilk şərti ibadətdir.  İbadət özlüyündə
               üç  növdür.  Bir  qrup  insan  Allaha  cəhənnəm  əzabının
               qorxusundan  ibadət  edir-  buna  qulların,    bərdələrin  ibadəti
               deyilir.  Bu  sirf  qorxu  üzərindən  edilən  ibadətdir.    Digər  bir
               qrup isə behişt və cənnət nemətlərinin tamahı ilə ibadət edirlər
               ki  buda  özlüyündə  tacirlərin  ibadəti  hesab  olunur.  Bizim
               nəzərimizdə  tutduğumuz  ibadət  isə  Allaha  pərəstişə  layiq
               olduğu  üçün  sevgi  ilə  edilən  ibadətdir.    Məhz  bu  ibadət
               azadanə      ibadət-    bəndə      ibadəti    adlanır.        Əlbətdə,
               sadaladığımızların  heç  biri  dinimizdə  rədd  olunmur.    Ancaq
               sırf həqiqəti tanımaqda köməkçi olan ibadəti – azad və aşiqanə
               ibadəti  daha  çox  dəstəkləyir.   Belə  olan halda insanı  ibadətə
               vadar edən onun Allaha olan  məhəbbəti və mərifətidir.  Biz
               əgər  bele  bir  ibadət  edəriksə,    atdığımız  hər  bir  addım
               qarşılığında  Allah  -təala  on  addım  bizə  tərəf  yaxınlaşar.

               1 - Misbah Yəzdi,  Allaha doğru, səh 30
   107   108   109   110   111   112   113   114   115   116   117