Page 113 - Islamic Studies 02
P. 113
Həqiqət və onu tanıma yolları/ (111
Həmçinin bu ibadəti özümüzə adət etdirsək, gecə- gündüz
Allaha zikr halında olarıq və bu işimizdən ləzzət almaqdan
yorulmarıq. Çünki, insan vücudu, onun varlığı Allahla
rabitədədir. Sadəcə bəzi insanlar qafillik üzündən bunu dərk
edə bilmirlər.
İtaət
İtaətkarlıq (xüşu) bizi Allaha və həqiqi namaza aparan yoldur.
Xüşu özünü sındırma, təvazö və itaətkarlıq mənalarını
bildirir. Quranda xüşu bəhsinə xüsusi ilə toxunulub. “
Doğurdan da möminlər nicat tapdılar. O möminlər ki
1
namazlarını xüşu ilə qılarlar” , “ Bütün sədalar Rəhman
Allahın qarşısında xüşu halın alar, pıçıltıdan başqa bir səs
eşitməzsən “. 2
İtaət və xüşu bir növ Allaha qarşı zəlil görkəmini almaq
mənasındadır. Bu halı ancaq itaətə gəlmiş nəfsdə, qəlbdə
görmək mümkündür. İnsan mənən qəlbini Allah qarşısında
sındırmalıdır. Əli hər yerdən üzülən insanların bu hal ilə
qarçılaşmalarını çox görmüsünüz. Ancaq bu xüşu deyil,
zəlillikdir. Bəlkə də eqoizmin, xudbinliyin öldüyü andır.
Eqoizm insanın təkamülə çatmasında böyük maneə hesab
olunur. Adi insanların nəzərinə görə itaətkarlıq bir psixoloji
vəziyyətdir. Insan aciz halda olanda itaətkarlıq edib, ağlaya
bilər. Bu tamamən səhv fikirdir. Psixi cəhətdən problemli
insanalr dünyəvi çətinliklər qarşısında çıxılmaz vəziyyətdə
qalır və tab gətirmir. Ancaq mömin insanlar yalnız Allah
3
qarşısında muti olurlar.
1 - Muminun /1-2 ci ayə
2 - Taha / 109
3 - Misbah / Allaha doğru, 80