Page 56 - Islamic Studies 02
P. 56

54) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               Ustad Misbah Yəzdinin baxışları
                 Müasir  İslam  filosofu  Misbah  Yəzdi  din  və  əxlaq
               münasibətlərində  bir  qədər  fərqli  baxışlarla  çıxış  edir.  O,
               “Əxlaq fəlsəfəsi” əsərində yazır:
                 “Əxlaqda qeyd olunan “pis” və         “yaxşı” məfhumları insanın
               ixtiyari  işləri  ilə  həmin  işlərin  son  nəticəsi  arasındakı  əlaqə
               növünü göstərir. İnsanın hər hansı işi onun son xeyir məqsədi

               ilə müsbət əlaqədədirsə, həmin iş “yaxşı”, mənfi əlaqədədirsə
               “pis”     sayılır.   Bu     ideyanın     özü     dini    qanunlardan
               götürülməmişdir,  yəni  bu  müddəanı  təsdiqləmək  Allahı,
               peyğəmbərləri  və  dini  qanunları  qəbul  etmək  deyil.  Bəs
               insanın     varlığının     son     məqsədi      nədir?     Bu     sualı
               cavablandırarkən  əxlaqın  dinlə  əlaqəsi  üzə  çıxır.  Biz  insanın
               son məqsədini araşdırarkən və bu suala cavab verərkən, həmin
               məqsədin  “Allaha  yaxınlaşmaq”  olduğunu  vurğulayırıq.
               Həmçinin  yaxşı  işləri  müəyyənləşdirmək    və  onların  son
               məqsədlə əlaqəsini səciyyələndirmək üçün insanın əbədiliyini
               və  onun  axirət  həyatında  öz  yaşayışını  davam  etdirəcəyini
               ortaya  qoymalıyıq.  Əxlaq  qanunlarının  təyin  edilməsində
               ölümdən sonrakı həyata inam ona görə zəruridir ki,  biz inanclı
               insana  belə  bir  tövsiyə  verə  bilərik:  sənin  son  səadətin  və
               varlığın son məqsədi bir sıra maddi və dünyəvi mənafelərinə
               zidd  olarsa  da,  əbədi  mənafelərini  üstün  tutmalısan.  Çünki
               həqiqi  xeyir  məhz  bundadır  və  bunun  əksinə  olan  işlər  pis
               işlərdir.  Deməli,  Allahın  varlığının  təsdiqindən  əlavə  məad
               əqidəsi də əxlaq qanunlarının müəyyənləşməsi və sabitləşməsi
               üçün zəruridir.”
                 Misbah Yəzdi bunu da əlavə edir ki, müstəqil insan zəkası bir
               sıra  ümumi  əxlaq  qanunlarını  dərk  edə  bilsə  də,    onun
               nümunələrini  müəyyənləşdirməkdə acizdir. Məsələn, ağıl dərk
               edir ki, ədalətli olmaq yaxşıdır, lakin bir çox xırda məsələlərdə
               hansı  rəftarın  ədalətə  uyğun  olduğu  qaranlıq  qalır.  Həmin
   51   52   53   54   55   56   57   58   59   60   61