Page 55 - Islamic Studies 02
P. 55

Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (53


               yaxşı hesab edilir, halbuki bu müddəa imamilik və mötəzililik
               təlimlərində  qətiyyətlə  rədd  edilmişdir.  Həmin  təlimlərə
               əsasən,  Allah-Taala  ədalətlidir,  Onun  ədaləti  qeyd  olunan
               işlərin  Allah  tərəfindən  həyata  keçməsinə  izin  vermir.  Buna
               görə də, bu iki İslam sxolast cərəyanlarına  “ədliyyə” (Allahın
               ədalətini qəbul edənlər ) adı verilmişdir.  Burada artıq daha bir
               suala  cavab  verməliyik:  Ədliyyə  cərəyanının  din  və  əxlaq
               münasibətləri  mövzusuna  baxışında  əxlaqın  ümumiyyətlə,
               dindən asılı olmadığı bildirilir, yoxsa bəzi əxlaq qanunlarının
               müstəqil şəkildə dərk edildiyi təkid olunur?
                 Bu sualın cavabında bildirmək lazımdır ki, ədliyyə məktəbi
               təlimlərində  bir  sıra  fundamental  xarakterləri  etik  qanunların
               tam rasional müstəvidə aludə olması mümkün sayılır.  Növbəti
               misallara diqqət yetirək:
                 Başqalarının hüquqlarına təcavüz etmək pisdir, zəif insanlara
               kömək  etmək yaxşıdır, yalan danışmaq  pisdir. Bu  tipli  əxlaq
               qanunları  tam  şəkildə  insan  zəkası  tərəfindən  dərk  olunur.
               Lakin  həmin  bünövrə  qanunları  ağıl  yolu  ilə  təsdiqlədikdən
               sonra  əxlaq  və  dinin  digər  əxlaq  qanunları  ilə  sıx  əlaqəsi
               başlanır.  Misal  üçün  namaz  qılmaq  dində  əxlaqi  bir  vəzifə
               kimi  insanlara  vacib  edilmişdir.  Bu  qəbildən  olan  əxlaq
               normalarında əxlaq tamamilə dindən asılıdır.
   50   51   52   53   54   55   56   57   58   59   60