Page 60 - Islamic Studies 02
P. 60

58) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               İslam dünyagörüşündə idrak vasitələri
               Təfəkkür
                Qurani-Kərimdə təfəkkürlə bağlı buyurulur:
                                                                                     1
               - "Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr".
                -  "Məgər  onlar  öz-özlüklərində  Allahın  göyləri,  yeri  və
               onların  arasındakıları  ancaq  haqq-ədalətlə  və  müəyyən  bir
                                                               2
               müddət üçün yaratdığını düşünmürlərmi?"
                                                                                 3
                - "De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz ? "
                -  "Yeri  (insanların  və  başqa  canlıların  yaşaya  bilməsi  üçün)
               döşəyən  (uzadıb  genəldən),  orada  möhkəm  dağlar,  çaylar
               yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-
               meyxoş  və  s.  olmaqla)  cüt-cüt  yetişdirən,  gecəni  gündüzlə
               (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda
               (bütün  bu  deyilənlərdə)  düşünən  insanlar  üçün  (Allahın
               qüdrətini və təkliyini sübut edən) neçə-neçə dəlillər vardır!
                                                                                  4
               - "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da
               Allahı  xatırlar,  göylərin  və  yerin  yaradılması  haqqında
                          5
               düşünər".
                 İndi isə təfəkkürlə bağlı hədislərə nəzər yetirək:
                                                                     6
                - "Təfəkkür, qəlbin bəsirət gözünə həyat verir".
                                                                        7
               - "Bir saat təfəkkür yetmiş il ibadətdən xeyirlidir".

               1. Quran: əl-Həşr surəsi, ayə:21
               2. Quran: ər-Rum surəsi, ayə:8
               3. Quran: əl-Ənam surəsi, ayə:50
               4. Quran: ər-Rad surəsi, ayə:3
               5. Quran: Ali-İmran surəsi, ayə:191
               6.  Təmimi  Amidi,  Əbdulvahid  ibn  Məhəmməd  “Ğurərul-hikəm  və  durərul-
               kiləm”, s. 57
               7.  Təmimi  Amidi,  Əbdulvahid  ibn  Məhəmməd  “Ğurərul-hikəm  və  durərul-
               kiləm”,  s..  56  -  Bu  hədisdən  "Elə  isə  elmlə  məşğul  olan  insana  ibadət  lazım
               deyil"  -  kimi  nəticə  almaq  tamamilə  yanlışdır.  Çünki  elm  və  ibadətlə  bağlı
               yüzlərlə ayə və hədis mövcuddur. Bunların hər birini nəzərə aldıqda belə nəticə
               çıxır  ki,  bu  hədisin  mənası  insanlara  elmin  müqəddəsliyini,  ucalığını  və
               əzəmətini  göstərməkdir.  Çoxsaylı  ayə  və  hədislər  bizə  elmlə  məşğul  olarkən
   55   56   57   58   59   60   61   62   63   64   65