Page 58 - Islamic Studies 02
P. 58
56) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
sekulyar əxlaqdan yüngül yanaşması fikrini rədd etmək
mümkündür. İslamda qeyd olunan ayələrə oxşar ayələr və
hədislər kifayət qədərdir. Digər bir tərəfdən İslamda insanlara
din ayinləri və qanunlar çərçivəsində təqdim olunan nə varsa,
hamısı onların dünya və axirət həyatı üçün faydalı, bəzən də
zəruridir. Deməli, bu baxımdan İlahi dəyərləri insani
dəyərlərdən ayırmaq əsassızdır.
2. Müsəlman xalqların az bir hissəsi dini əxlaqa
yiyələnmişdir. Yalan, rüşvətxorluq və bu kimi əxlaqa zidd
işlərin müsəlmanlar arasında geniş yayılması onu göstərir ki,
dini əxlaq sistemi cəmiyyətdə işlək ola bilməz.
Bu irada cavab olaraq deyirik:
a). Etik normalara zidd bir çox davranışları müsəlmanlara aid
etmək olmaz. Bundan əlavə müasir dövrdə əxlaq problemi
sekulyar cəmiyyətləri də narahat edir. Hətta bir çox sahələrdə,
o cümlədən, ailə qurumu məsələlərində müsəlmanların
problemləri digər dinlərə sitayiş edənlərin problemlərindən
daha azdır.
b). Öncədən də qeyd olunduğu kimi, müəyyən qanunlar
toplusunun mövcudluğu həmin qanunların cəmiyyətdə tətbiq
edilməsinə zəmanət vermir. İslamda kamil və mütərəqqi əxlaq
qanunlarının mövcud olması müsəlman adlanan insanların
həmin qanunlara uyğun yaşamasına təminat vermir. Deməli,
biz həmin qanunların bəzən işləməməsinin səbəblərini
araşdırıb tapmalıyıq.
3. Zaman dəyişdikcə onun tələbləri də dəyişir. Zamanla
dəyişən, fərqlənən və inkişaf edən bəşər cəmiyyətləri üçün
zamanla ayaqlaşan əxlaq qanunları tələb olunur, dini əxlaq
qanunları isə dəyişməz və sabitdir. Deməli, dini əxlaq zamanın
tələblərinə cavab verə bilməz.
Qeyd edək ki, İlahi dəyərlər əsasında formalaşan əxlaq
sistemi dəyişkənliyə məruz qalan cəmiyyət üçün daimi olaraq