Page 63 - Islamic Studies 02
P. 63

Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (61


               bilərik ki, bu iki növ təfəkkürün bir- biri ilə sıx əlaqəsi vardır.
               Bu məsələ insan psixologiyası və başqa elmlərin mövzusudur.
               Buna görə də alimlər təfəkkürə ümumi yanaşmış və ona geniş
               şəkildə izahlar vermişlər.

               Təfəkkürün tərifi
                 Təfəkkür  ümumi  camaat  arasında  "zəruri  təsəvvür”  dən
               ibarətdir.  Yəni  təfəkkür,  başa  düşülməsində  düşüncəyə
               ehtiyacı  olmayan  məfhumdur.        Amma  elm  və  insan
               psixologiyası məqamında isə o, "nəzəri təsəvvüf '' hesab edilir.
               Yəni  onun  mənası,  tərifi  dəqiq  verilməlidir.  Çünki  elm
               dəqiqlik  tələb  edir və  hər hansı  bir  sahə ilə bağlı  məsələlərə
               aydınlıq gətirmək üçün, əlbəttə ki, hər şeyin dəqiq mənası izah
               edilməlidir.  Alimlər  ümumi  olaraq  təfəkkürə  aşağıdakı  kimi
               tərif vermişlər:
                    Təfəkkür - zehnin məchulla məlum arasındakı hərəkətindən
               ibarət olan aktiv idrak formasıdır.
                 Burada aktiv dedikdə, kompüter beyninin passiv hərəkətinin,
               yəni  iradəsiz,  ixtiyarsız,  şüursuz  hərəkətinin  əksinə  olaraq,
               onun  iradəli,  ixtiyari,  şüurlu  hərəkəti  başa  düşülür  və  bu
               hərəkət  beş  əsas  mərhələyə  bölünür.  Bu  mərhələlərə  aşağıda
               işarə olunacaq.

               Zehin və kompüter
                  Məlumdur  ki,  kompüterin  işləmə  prinsipi  zehnin  işləmə
               prinsipi  ilə  eynidir.  Alimlər  zehin  üzərində  uzunmüddətli
               araşdırmalardan sonra, nəhayət, süni zehni — kompüteri ixtira
               edib təkmilləşdirmişlər.
                  Siz  kompüterdə  bir  məsələni  həll  edərkən  müəyyən
               düymələri  basmaqla  bir  anda  məsələnin  həllini  ekranda
               müşahidə  edirsiniz.  Amma  bəzən  bu  proses  bir  qədər  uzun
   58   59   60   61   62   63   64   65   66   67   68