Page 62 - Islamic Studies 02
P. 62
60) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
İdeoloji və məchullu təfəkkür
Digər tərəfdən, insan, hətta (məsələn, Quranda təfəkkür üçün
göstərilən) aləm, dəvə və səma haqqında düşündükdə də,
məchullarla üzləşir və bu məchulları məluma çevirmək üçün
təfəkkürdə yanlışlığa yol verməməyə çalışır. Allah-Taala
Qurani-Kərimdə Ali-İmran surəsinin 191-ci ayəsində buyurur:
"O kəslər ki, ... göylərin və yerin yaradılması haqqında
düşünər". Əlbəttə, bu ayədə göylərin və yerin yaradılması
haqqında təfəkkür edərək heyrət və imanla dolu: "Doğrudan
da, Allah göyü və ulduzları nə qəribə yaratmışdır?" nəticəsi
almır. Belə təfəkkür, yalnız imanlı şəxslərə aiddir. Elə şəxslər
var ki, səmaya baxdıqda, heç də qeyd etdiyimiz nəticəyə
yetişmirlər. Onlar heç ulduzları Allahın yaratdığı varlıq kimi
1
qəbul etmirlər . Yaxud yuxarıdakı iman yönlü sualdan sonra
düşünə bilərik ki, "Onda bəs Allahı kim yaradıb?"; "Görəsən,
bu Allahdan başqa Allah da varmı?"; "Əgər yoxdursa, bu
Allah var ola bilirsə, niyə başqa Allah var ola bilmir?" və s. bu
kimi suallar insanı məchullarla üz-üzə qoyur. Demək olar ki,
çox zaman iman müstəqil şəkildə məchulları məluma çevirə və
onlara cavab verə bilmir. Deməli, təfəkkür yalnız heyrət və
imanla dolu düşüncədən ibarət deyil. Yuxarıdakı birinci növ
təfəkkürü ideoloji, ikinci növ təfəkkürü ( həqiqi sualla yanaşı
olan təfəkkürü ) isə məchullu təfəkkür adlandırmaq olar.
İdeoloji təfəkkürdən, adətən, Allaha iman gətirən və sadə
insanlar istifadə edir. Həzrət Peyğəmbərin (s) bir çox dəyərli
səhabələri də Allaha belə təfəkkürlə yaxınlaşmışlar. Məchullu
təfəkkürdən isə daha çox, hər sözü asanlıqla qəbul edə
bilməyənlər, alim və filosoflar istifadə edirlər. Hər halda, deyə
1. Materialist görüşünə görə aləm və aləmdəkilər Allah tərəfindən deyil,
maddələrin yerdəyişməsi və maddələrdəki dəyişikliklər nəticəsində yaranmışdır.
Lakin Aristotel, Farabi və İbn Sina kimi böyük alimlər isbat etmişlər ki, hər şey
Allahın iradəsi ilə yaranmışdır və materialist görüşü əsassızdır.