Page 65 - Islamic Studies 02
P. 65
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (63
müəyyən mərhələləri keçdiyi halda, kompüterin əksinə olaraq,
səhvlərə yol verir?
Cavab: Kompüter iki prinsip etibarilə zehindən fərqlənir.
Birincisi budur ki, kompüterin iradəsi yoxdur. Apardığı hər
əməliyyat və aldığı nəticə icbari şəkildə həyata keçir. İkincisi,
kompüterin "təfəkkür hərəkəti" zahirdə zehnin canlı və mənəvi
hərəkəti kimi görünsə də, əslində, mexaniki hərəkətdir. Yəni
kompüterin "təfəkkürü" elektronların mexaniki hərəkətindən
başqa bir şey deyil. Amma zehnin təfəkküründə beyin
hüceyrələri mexaniki hərəkətə gəlsə də, bununla bərabər,
ruhda da dəyişikliklər baş verir. Bunun da isbatını fitri olaraq
belə vermək olar: bu, "hüzuri elm”in vasitəsi ilə baş verir.
Yəni insan qəlbən və öz-özlüyündə hiss edir ki, onun ruhunda
da dəyişikliklər özünü göstərir.
Bu iki fərqi nəzərə alsaq, məlum olur ki, "kompüter zehni"
hərəkət edən zaman onun hərəkət yolu üzərində heç bir maneə
və hərəkətə təsir edən kənar bir qüvvə olmur. Məlumdur ki,
maneə olmadıqda məqsədə çatmaq da mütləqdir. Amma
zehnin işinə təsir göstərən amillərdən ən əsası olan nəfs,
adətən, təfəkkürün yoluna sədd çəkir. Bu da çox zaman alınan
nəticələrə bilavasitə öz təsirini göstərir.
Ümumi şəkildə qeyd edək ki, təfəkkür dörd formada baş
verir; "mücərrədləşdirmə", "tərif", "bölgü" və "əqli nəticə" ...
və məntiqin elə əsas xətti də bu dörd istiqamətdədir. İndi isə
qeyd etdiyimiz beş mərhələnin izahına diqqət yetirək:
Birinci mərhələ: məchul obyekt, iradə və gərginlik.
Zehin hər hansı bir obyekti məchul kimi qarşılamalıdır ki,
insanda bu məchulu məluma çevirmək iradəsi yaransın. Bəzən
insan həqiqətdə məchulla üzləşdiyi halda, həmin mövzuya
etinasız yanaşdığından, onda bu sualla bağlı "cəhalət" halından