Page 64 - Islamic Studies 02
P. 64
62) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
çəkir. Zehin də (demək olar ki,) eynilə belədir. Amma gəlin
görək kompüterdə, bir anda baş verən hərəkət hansı
mərhələləri keçərək sona çatır?
1
Kompüter ikilik (0;1) say sistemində işlədiyindən, daxil
edilən məlumatların hamısını ikilik say sisteminə çevirərək
məsələni həmin məkanda həll edib, sonra yenidən, cavabı
ikilik say sistemindən, verilən məlumatlar məkanına çevirib
ekrana verir. Məsələn, "5+2=7". Əvvəlcə, öz ana
məlumatlarının arasından, daxil edilən "5" ədədinə uyğun
ikilik say sistemindəki ədədlə "2" ədədinə ikilik say
sistemindəki uyğun ədədi toplayıb həmin say sistemində bir
ədəd alır. Yeni alınan ədədi ana məlumatlarda axtarıb onluq
say sisteminə uyğun olaraq ekrana verir. Maraqlıdır ki, bu
qədər proses saniyənin onda, yaxud yüzdə bir hissəsində baş
verir.
Beş mərhələli hərəkət və nəticə
İnsan məchulla üzləşdikdə onu məluma çevirmək üçün zehnini
hərəkətə gətirir. Bəzən bu hərəkət qısa bir anda, bəzən isə uzun
zaman ərzində sona çataraq nəticə verir. Buradakı hərəkət
kompüterdəki ixtiyarsız, iradəsiz, şüursuz şəkildə olan passiv
fiziki yerdəyişmə ilə baş verən hərəkətdən fərqlənir. Zehnin bu
işi, onun öz fəzasına uyğun mərhələləri keçməklə həyata keçir.
Zehin də hər hansı bir məchulu məluma çevirmək üçün
müəyyən mərhələləri qət edərək məluma yetişir. Amma bu
hadisə qısa zaman kəsiyində baş verdiyi üçün bizə elə gəlir ki,
məchul birbaşa məlumdan alınır. Bu təhlildə məqsəd belə bir
sualı cavablandırmaqdır: nə üçün zehin də kompüter kimi
1 Mövqeli say sisteminin 4 say sistemi var: İkilik say sistemi, Səkkizlik
say sistemi, Onluq say sistemi, Onaltılıq say sistemi. Onluq say sistemi
bizim gündəlik işlətdiyimiz say sisteminə deyilir.