Page 66 - Islamic Studies 02
P. 66

64) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               çıxaraq  "elm"ə  yiyələnmək  istəyi  oyanmır.  Amma  cəhalət
               halından  çıxaraq  elmə  yiyələnmək  iradəsi  yaranan  zaman
               zehnin  aldığı  vəziyyət  dayandığı  yerdən  hərəkətə  başlayan
               avtomobilin  vəziyyətinə  bənzəyir.  Mühərriki  işlək  halda
               hərəkətsiz  qalan  avtomobil,  yerində  işlədiyi  kimi,  insan  da
               məchulla  üzləşdikdə  əgər  onu  məluma  çevirməyə  iradə
               göstərsə,  onun  zehnində  gərginlik  əmələ  gəlir.  Bu  gərginlik

               insanın  məchulu  məluma  çevirmək  istəyindən  törəyir  və
               yuxarıda qeyd etdiyimiz kimi, həm insanın beynində, həm də

               ruhunda özünü göstərir. Onu da qeyd edək ki, bu mərhələ insan
               əxlaqına  da  təsir  göstərir.  Belə  ki,  bəzən  insan  özünü,  ona
               məlum  olmayan  bir  şey  qarşısında  təkəbbürlülük,  inadkarlıq,
               təəssübkeşlik və s. üzündən alim kimi göstərir. Bu da sonrakı
               mərhələlərin  icrasının  qarşısını  alır,  yəni  belə  insan  üçün
               məsələ həll olunmadan həll olunmuş kimi qəbul olunur.

               İkinci mərhələ: məchulun növü.
                 Məchulu  məluma  çevirmək  istəyindən  sonra  mütləq
               məchulun növü aydınlaşmalıdır, yoxsa onu məluma çevirmək
               mümkün deyil. Yəni məchulun hansı elmlə və hansı sahə ilə
               bağlı olduğu aydınlaşdırılmalıdır.

               Üçüncü mərhələ: hərəkət.
                Yəni zehnin məsələni həll etməkdən ötrü münasib məlumatlar
               seçmək üçün ana məlumatlar məkanına daxil olması. Hər bir
               sahə     ilə   bağlı    məlumatlar       beyində     qrup     şəklində
               toplandığından,  zehin müvafiq qrupa daxil olmalıdır.
                                  Dördüncü mərhələ: axtarış.
                 Bu  mərhələ  zehnin  ən  çətin  keçdiyi  mərhələdir.  Çünki
               məchul  üçün  hər  məlumatı  seçmək  olmaz.  Saysız  zehni
               məlumatlar       arasından     münasib      məlumat      seçilməlidir.
               Məchulla,  onu  həll  etmək  üçün  seçilən  məlumatlar  arasında
   61   62   63   64   65   66   67   68   69   70   71