Page 67 - Islamic Studies 02
P. 67
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (65
uyğunluq olmalıdır. Bu uyğunluğu düzgün seçməmək,
nəticənin yanlış olmasına səbəb olur. Bəzən zehin bu
mərhələdə saatlar və günlər keçirir. Bəzən də bunu bir anda
başa vurur. Bu da məchulun növündən, zehnin gücündən və s.
amillərdən asılı olur.
Beşinci mərhələ: qruplaşdırma.
Zehnin məlumatlar məkanından xaric olaraq, həmin
məlumatları qruplaşdırıb nəticəyə çatması. Misal: "Aləm
əzəlidir, yoxsa sonra yaranıb?" Bu məchul yuxarıda dediyimiz
dörd təfəkkür formasından dördüncüsü ilə bağlıdır. Yəni
təfəkkürün "əqli nəticə" formasıdır. Bu suala uyğun olaraq,
zehnin yuxarıdakı beş mərhələli hərəkətinə baxaq: Birinci
mərhələdə bu sual bizim üçün məchuldursa, onu məluma
çevirmək istəyəcəyik. Bundan sonra ikinci mərhələdə bu
sualın hansı elmə aid olduğunu aydınlaşdırırıq və əqli elmlərlə
bağlı olduğunu görürük. Üçüncü mərhələdə sualımız əqli sual
olduğundan, aydındır ki, zehnimizdə əqli elmlərlə bağlı
məlumatlar ön plana keçir və zehin bu məlumatlar məkanına
daxil olur. Dördüncü mərhələdə zehnimiz bu sualı
cavablandırmaq üçün daxil olduğu məlumatlar arasında
gəzərək axtarış aparır və "Aləm dəyişkəndir", "Bütün
dəyişkənlər sonradan yaranır" - kimi münasib məlumatları
seçərək oradan xaric olur. Nəhayət, beşinci mərhələdə
zehnimiz bu iki məlumatı "Aləm dəyişkəndirsə və bütün
dəyişkənlər sonradan yaranırsa" - kimi qruplaşdıraraq
"Deməli, aləm sonradan yaranıb" - nəticəsini alır.
Bir daha qeyd edək ki, hər hansı bir sahədəki təfəkkür dörd
formada ola bilər: ya hər hansı bir ümumi məfhumun
yaradılması, ya həmin məfhumun mahiyyətinin düzgün ifadə
edilib, ona tərif verilməsi, ya həmin məfhumun xarici