Page 68 - Islamic Studies 02
P. 68
66) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)
nümunələri üzərində düzgün bölgü aparılması, ya da ağıl
vasitəsi ilə bu məfhumla bağlı hər hansı bir hökmün ələ
gətirilməsi zamanı. Təfəkkürün bu formalarından birincisi
"mücərrədləşdirmə", ikincisi "tərif", üçüncüsü "bölgü",
dördüncü isə "əqli nəticə" adlanır. Bunlardan birincisini
çıxmaq şərti ilə, hər birində yuxarıda qeyd edilən beş
mərhələdən keçməmiş nəticə almaq olmaz. Çünki birinci
təfəkkür forması olan mücərrədləşdirmə ümumi xarakter
daşıyır, belə ki, zehin qarşılaşdığı bir neçə əşyadan, sadə
təfəkkür sayəsində müəyyən bir məfhum ala bilər. Bir az
diqqət etməklə zehnin, qalan üç təfəkkür formasında,
həqiqətən də, bu mərhələləri qət edərək nəticəyə çatmasını
hamımız təsdiqləyə bilərik.
Sonda bir məsələyə aydınlıq gətirməklə bəhsimizi
yekunlaşdırırıq. O da bundan ibarətdir ki, bir qrup insanlar
qeyd etdiyimiz məsələdən müstəsnadırlar. Yəni belə insanlar
nəticəyə yetişmək üçün heç də bu "beş mərhələ"ni qət etmirlər,
əksinə, onlar nəticəni birbaşa əldə edirlər. Belə şəxslər
aşağıdakılardır:
a) Peyğəmbərlər (s) və imamlar (ə). Çünki onlar İlahi
1
ilhama, vəhy idrakına, "lədunni elm”ə malikdirlər.
b) Ariflər. Onlar Allah dostları; bütün şirk növlərindən uzaq
olan şəxslər; tövhidin ən ali məqamına yetişənlərdir. Ariflər,
bəzi həqiqətləri “hüzuri idrak'' ilə dərk edirlər, yəni
həqiqətlərin özünü dərk edirlər; haqqında danışdığımız beş
mərhələ mövzusu isə "hüsuli" idraklar qrupuna aiddir.
" Hüsuli " idraka malik olanlar isə alim adlanırlar.
c) Güclü, qeyri-adi əqli qüvvəyə malik olan insanlar. Belə
insanlar üçüncü və dördüncü mərhələyə ehtiyac duymurlar. Bu
cür təfəkkür bəzən hər insanda baş verir və bunun, bir növ,
1. Lədunni - Allah tərəfindən vasitəsiz olaraq verilən elm