Page 69 - Islamic Studies 02
P. 69

Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (67


               ilhama yaxın olduğunu söyləmək olar. Onun ali forması, qeyd
               etdiyimiz kimi, öncə peyğəmbərlərdə (s), sonra imamlarda (ə),
                                               1
               daha sonra isə ariflərdə olur.
                Təfəkkür  haqqında müəyyən bir  anlayış  əldə  etdikdən  sonra
               idrak prosesinin də baş verməsi haqda məlumat verməyi zəruri
               hesab edirik.

               İdrak və biliklər sistemi
                "Varlıq" məfhumu zehni baxımdan hər şeydən aşkar, həqiqəti
               isə nəhayətsiz dərəcədə gizlidir. Bu, özünü filosofların varlıq
               haqqında tədqiqatlarında da dolğun ifadə edir.
                "İdrak"  məfhumu  da  varlıq  kimi  aşkardır.  İdrak,  yaxud  elm
               cəhalət müqabilində duran, aydın başa düşülən, amma həqiqəti
               isə,  alimlərin  nəzərincə,  hələ  də  insana  tam  şəkildə  məlum
               olmayan  çox  böyük  sirlərdəndir.    Allah-Taala  Quranda  "ət-
               Təkasur"  surəsinin  3-7-ci  ayələrində  idrakın,  elmin  müxtəlif
               növ və dərəcələrinə işarə edərək buyurur:
               "Xeyr! Siz (əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
                Xeyr, xeyr! Siz (əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
               Xeyr, əgər (Qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə (
               "elmül-yəqin"  ilə  )  bilsəydiniz  (fani  dünya  malına
               uymazdınız)!
               Siz o Cəhənnəmi mütləq görəcəksiniz!
               Bəli,  siz  onu  mütləq  öz  gözünüzlə  (  "elmül-yəqin"  ilə)
               görəcəksiniz!"
                 Göründüyü  kimi,  burada  əvvəlcə  sadə,  sonra  da  təkidlə
               bərabər gələn idrakdan söhbət gedir. Sonra isə "elmül-yəqin“
               də,  daha  sonra  isə  "eynül-yəqin“  də  olan  idrak  irəli  sürülür.
               Məlumdur ki, bunlar müxtəlif adlarla gəldiyinə görə müxtəlif


               1. Rauf İmranoğlu, “Məntiq” (2011-ci il), s. 33-43
   64   65   66   67   68   69   70   71   72   73   74