Page 70 - Islamic Studies 02
P. 70

68) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               dərəcələri  əhatə  etməlidir.  Bunların  daha  dəqiq  mənası  üçün
               təfsirlərə  müraciət  etmək  lazımdır.  Amma  biz,  idrakın
               bildiyimiz  müxtəlif  dərəcələrinə  əsasən,  ümumi  şəkildə  deyə
               bilərik  ki,  ayədə  əvvəlcə  sadə  idraka  işarə  edilmişdir.  Sonra
               idrakın yəqin şəklindəki formasına, daha sonra isə yəqindən də
               üstün  formasına,  gözlə  müşahidə  ediləcək  qədər  yüksək
               dərəcəsinə işarə olunmuşdur.

                 Alimlər idrakın bu növləri və hər birinin dərəcələri haqqında
               geniş şəkildə izahlar vermişlər. Amma idrakın, bu növlərin hər
               birini  əhatə  edən  tərifini  isə  ümumi  şəkildə  aşağıdakı  kimi
               vermişlər:
                                   1
                 İdrak - Obyektin  özünün və ya əksinin insan varlığında hazır
               olması ilə yaranan şüurlu aktiv prosesdir və bu prosesdə insan
               varlığında yer alan obyekt, yaxud onun əksi, bilik adlanır.
                 İdrak,  yəni  hər  hansı  bir  ünsürün  başqa  bir  ünsür  (insan,
               yaxud heyvan) hüzurunda, zatında yer almasıdır. Bu yer alma
               zamanı ikinci ünsürün məkanına çevrilən birinci ünsür (insan,
               yaxud  heyvan)  öz  zatının  var  olduğunu  birbaşa  dərk
               etdiyindən, onun zatında yer alan ikinci ünsürün də varlığını
               öz zatı ilə dərk etməlidir. Belə yer almanın əşyaların aynada
               əks olunaraq yer almasından fərqi aktiv olmadadır, yəni ikinci
               ünsürün  məkanına  çevrilən  birinci  ünsür  aynanın  əksinə
               olaraq, həmçinin bu yer almanı şüurlu şəkildə qavrayır və bu
               prosesdən agahdır.
                 İnsanın öz zatını, onun var olduğunu birbaşa hiss etməsi, dərk
               etməsi  "hüzuri",  zatında  yer  alan  ünsürlər  vasitəsi  ilə  xarici
               obyektlərin  varlığını  dərk  etməsi  isə  "hüsuli"  idrak  forması
               olur.
                 İndi də idrakın növlərinə və idrak sayəsində yaranan biliklər,
               yaxud məlumatlar sisteminə baxaq.

               1. Burada, obyekt dedikdə, gerçək aləmdəki hər bir varlıq başa düşülür.
               Məsələn: insan, xarici aləm, xarici aləmdəki qanunlar və s.
   65   66   67   68   69   70   71   72   73   74   75