Page 71 - Islamic Studies 02
P. 71

Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (69


               İdrak prosesi zamanı dərk edən - "alim", dərk olunan "bilik"
               (yaxud elm, məlumat) adlanır. Aşağıda adı çəkilən hər idrak,
               bu tərifin nümunəsi olacaq.

               İdrakın növləri və biliklər sistemi
                 İdrak  prosesi  zamanı  yaranan  biliklər  bir  neçə  cəhətdən
               növlərə bölünür:
                - Ya hüsuli (təcrübi), ya da hüzuridir (fitridir).
                - Ya hissi, ya xəyali, ya təxəyyül, ya vəhmi, ya da əqlidir.
                - Ya təsəvvür, ya da təsdiqdir.
                - Ya zəruri, ya da nəzəridir.
                 İnsanın bir şeyi dərk etməsi "idrak" prosesi, bu idrak prosesi
               zamanı dərk edən - "alim" (idrakın "subyekt"i), dərk olunan -
               "məlum, bilik" (idrakın "obyekt" i) adlanır.

                                                             1
               Hüsuli (təcrübi) və hüzuri (fitri) idrak
                Obyektin  "öz"ü və onun  zehindəki  inikası baxımından  idrak
               iki yerə bölünür:
               1. Hüsuli idrak,
               2. Hüzuri idrak.
               Hüsuli idrak - obyektin insan zehnindəki inikasından ibarətdir.
                 Yəni  obyekt  müstəqil  olaraq  xarici  aləmdə  mövcuddur  və
               onunla  insan  arasında  fasilə  olmasına  baxmayaraq,  beyində
               əks  olunmaqla  insanda  onun  haqqında  müəyyən  bilgi
               formalaşır. Bu bilgi "hüsuli" (təcrübi) idrak adlanır. Adından
               məlum olduğu kimi, hüsuli idrak obyekt barəsində hasil olan,
               kəsb edilən məlumatdır. Burada, xaricdə müstəqil olan obyekt
               məlum,  insan  alim  və  həmin  məlumun  insan  beynindəki


               1. İdrakın bu iki növü ilk dəfə İbn Sina tərəfindən kəşf edilmişdir. Şeyx
               İşraq isə bu iki növü elmi dəlillə isbat etmişdir.
   66   67   68   69   70   71   72   73   74   75   76