Page 74 - Islamic Studies 02
P. 74

72) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

                 İndi  isə  görək  digər  canlılar  düşünən  varlıq  olmamasına
                             1
               baxmayaraq   insanla  hansı  xüsusiyyətlərdə  müştərəkdir,
               hansında isə müştərək deyil?
                 Yuxarıdakı  idraklar  öz  növbəsində  İbn  Sinanın  nəzərincə  (
               “İşarat”  əsərində  dediklərinə  əsasən),  zehnin  malik  olduğu
               "duyğu",  "xəyal",  "vahimə",  "ağıl"  və  "hafizə"  qüvvələri
               sayəsində  meydana  gəlir.  Qeyd  edək  ki,  yuxarıda  göstərilən

               qüvvələr sayəsində zehində yaranan biliklər, məlumatlar hafizə
               qüvvəsinin vasitəsilə qorunub saxlanılır. Bu məlumatlar hüsuli
               idrakın ardıcıllıq baxımından mərhələləridir və aşağıdakılardan
               ibarətdir:
               1. Hissi, 2. Xəyali, 3. Təxəyyüli,  4. Vəhmi, 5. Əqli

               Hissi idrak
                 Dünyaya yeni gələn insanın məlumatları tədricən əmələ gəlir.
               Yəni onun yuxarıda qeyd etdiyimiz əqli idrakı olmur. Məsələn,
               körpə uşaqdan "Ana nədir?" soruşulsa, o öz anasını göstərəcək.
               Yəni  uşaq  "analığı",  yalnız  hissi  idrakın  sayəsində  qavrayır.
               "Ana" dedikdə, yalnız öz anasını dərk edə bilir. Əqli idrakın
               "mücərrədləşdirmə", yəni məfhum yaratma qabiliyyəti uşaqda
               olmadığından,“  o,  yalnız  öz  anasını  dərk  edə  bilir.  Bununla
               yanaşı,  dünyaya  yenicə  göz  açmış  körpə  qısa  zaman
               müddətində,  artıq  nələrinsə  yaxşı  və  pis  olduğunu  hiss  edir.



               1.  Qeyd  edək ki,  burada,  heyvanın  düşünən  varlıq olmayaraq  qeyd  olunması,
               insanın təfəkkürünü öyrənmək üçündür. Yəni heyvanı düşünməyən varlıq kimi
               götürmək,  onun  məhz  insan  kimi  düşünən  varlıq  olmadığını  vurğulamaq
               üçündür. Digər elmlərdə isə heyvan düşünən varlıq kimi qəbul olunur. Məsələn,
               irfanda  bütün  məxluqatın  öz  həddində  şüurlu  olduğu  deyilir.  Buna  görə  də
               burada heyvanın şüursuz, yaxud düşünən varlıq olmaması deyildikdə, onun
               məhz insan kimi təfəkkür edə bilmədiyi başa düşülür. Onu da qeyd edək
               ki,  bunlar  çox  qısa  məlumatlardır  və  ola  bilər  ki,  heyvan  haqqında  həqiqət
               tamamilə  başqa  cür  olsun.  Bu  deyilənlər,  yalnız  və  yalnız  təfəkkürü
               müəyyənləşdirmək üçündür.
   69   70   71   72   73   74   75   76   77   78   79