Page 72 - Islamic Studies 02
P. 72

70) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               inikası isə bilikdir. Məsələn: Amazon meşəsində bu vaxtadək
               bizə məlum olmayan bir canlı haqqında ya eşitmək, ya da onu
               görməklə aydın, ya da qaranlıq bir təsəvvür əldə edirik. Amma
               bu canlını tam olaraq tanımaq bizim üçün qeyri-mümkündür.
               Bunun  üçün  aşağıda  qeyd  edəcəyimiz  "hüzuri"  (fitri)  idrak
               lazımdır  ki,  canlı  haqqında  bütün  məlumatlar  bizə  məlum
               olsun. Burada, canlı məlumdur, biz alim, canlı haqqında qiyabi

               təsəvvür isə bilikdir.
               Hüzuri  idrak-obyektin  özünün  insan  varlığında  hazır
               olmasından ibarətdir.
                 Məsələn,  bizim  özümüzü  dərk  etməyimiz  kimi,  yaxud
               özümüzə olan elmimiz kimi; hər kəs öz varlığını bütün varlığı
               ilə  dərk  edir.  Hər  kəsin  şəxsiyyəti  onun  təsəvvüründə  deyil,
               onun  hüzurunda  bütün  varlığı  ilə  hazırdır  və  insan  onu
               qavrayır,  duyur.  Burada,  obyekt,  yaxud  insanın  özü  məlum,
               yenə insanın özü alim və yenə də insanın özü bilikdir və bu
               idrak, artıq hüsuli yox, hüzuri idrakdır. Çünki burada, obyekt
               olaraq insanın özü məlum götürülmüşdür.
                 Hüzuri  və  hüsuli  idrakların  yuxarıdakı  təriflərindən  sonra
               onlar arasında aşağıdakı fərqləri əldə etmiş oluruq:
                1.  Hüzuri  idrak  hüsuli  idrakdan  öndədir.  Çünki  hüsuli  idrak
               xarici aləm haqqında zehni məlumatdır və insan xarici aləmi
               dərk etməzdən əvvəl öz varlığını hüzuri olaraq dərk edir.
                2. Hüsuli idrak zehni, hüzuri idrak isə ruhi hazırlıq tələb edir.
                3.  Hüsuli  idrak  obyektin,  yaxud  məlumun  surətinin  alimin
               varlığında, hüzuri idrak isə obyektin özünün alimin varlığında
               hazır olmasından ibarətdir.
                4.  Hüsuli  idrakda  "obyekt    #  məlum"  (yəni  obyekt  məluma
               bərabər  deyil),  hüzuri  idrakda  isə  "obyekt  =  məlum"
               bərabərliyi ödənilir.
                5. Hüsuli idrak vasitəli, hüzuri idrak isə vasitəsizdir.
   67   68   69   70   71   72   73   74   75   76   77