Page 75 - Islamic Studies 02
P. 75

Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (73


               Gözəl  qoxular  xoşuna  gəlir,  nələrdənsə  qorxur,  anasının
               mehriban  laylasına  xumarlanır,  dadlı  şirin  şeyləri  xoşlayır,
               kənardan bədəninə olan ağır təsirdən əziyyət çəkir. Bildiyimiz
               kimi,  bu  idraklar,  bu  məlumatlar  beş  duyğu  üzvlərinin
               nəticəsidir:1.  Görmə  2.  Eşitmə  3.  Dadbilmə       4.  İybilmə    5.
               Lamisə.
                Beləliklə,  hissi  idrak  beş  duyğu  üzvünün  insanda  yaratdığı
               idrakdan  ibarətdir.  İnsanın  idrakı  birinci  növbədə,  həmin  bu
               hissi idraklar vasitəsilə inkişaf etməyə başlayaraq dərin əqli və
               fəlsəfi  mövzulara  yetişir.  Buna  görə  də  hər  kəs  bu  beş  hissi
               idrakdan birinə malik olmasa, həmin hissi idrakla bağlı başqa
               idraklardan  məhrum  olur.  Məsələn:  anadangəlmə  görmə
               qabiliyyətinə malik olmayan bir şəxs, sonradan rəng haqqında
               fizikanın  kəşf  etdiyini  anlaya  bilməz.  O,  necə  anlasın  ki,
               rəngin görünməsi "cisimlər, yeddi rəngi özündə cəmləmiş ağ
               işıq  üzərlərinə  düşən  zaman  yeddi  rəngdən  altısını  udaraq
               birini əks etdirir" qanunu ilə həyata keçir və s.
                 Bildiyiniz kimi, heyvanlar hissi idrakda insanla müştərəkdir.
                 Hətta bəzi heyvanlarda bu beş hiss daha güclü olur.
                 Onu da qeyd edək ki, hissi idrakın özü iki - duyğu (zahiri) və
               hüzuri  (batini)  idraka  ayrılır.  Yəni  hüzuri  idrak  da  hissi
               idrakdır.    Məsələn:      biz    özümüzü,       öz    daxili,    nəfsi
               istedadlarımızı, qüvvələrimizi də hiss edirik.

               Xəyali idrak
                 Hissi idrak, insanın beş duyğu üzvündən biri ilə xarici aləmlə
               əlaqə  yaratdığı  zaman  onda  davam  edən  həmin  hissiyyatdır
               (idrakdır), xəyali idrak isə bu bağlılıq qırıldıqdan sonra həmin
               idrakın insan zehnindəki xəyali formasıdır. Xəyal qüvvəsinin
               sayəsində  yaranan  "təxəyyül"ə  də  yuxarıda  işarə  edildi.
   70   71   72   73   74   75   76   77   78   79   80