Page 73 - Islamic Studies 02
P. 73
Təsdiq sahəsində əxlaqın dinə ehtiyacı ./ (71
6. Hüsuli idrak obyektin mahiyyətinə, hüzuri idrak isə onun
varlığına, özünə olan elmdir.
7. Hər hüsuli idrakın özü bir hüzuri idrakdır, çünki hüsuli
idrak sayəsində yaranan biliyin özü də insanın varlığında yer
alır və insan həmin biliyin özünü hüzuri idrakla dərk edir.
8. Hüzuri idrak şəxsi, yaxud fərdi, hüsuli idrak isə ümumidir.
9. Hər iki idrakda idrakın subyekti insandır.
Hüsuli idrakda idrakın obyekti ilə məlum (yaxud bilik)
fərqlənir, amma hüzuri idrakda idrakın obyekti ilə məlum
(bilik) eynidir. Başqa sözlə, hüsuli idrakla zehində əks
olunaraq dərk olunan xarici aləmdəki obyekt zehindəki məlum
(bilik) vasitəsi ilə, amma hüzuri idrakla dərk olunan obyekt isə
elə məlumun özü olub birbaşa dərk olunur.
10. Hüzuri idrak "fərdi", hüsuli isə "ümumi" dir. Yəni hüzuri
idrak sayəsində yaranan biliyin xarici aləmdəki nümunəsi
vahiddir və elə həmin dərk olunan obyektin özüdür, amma
hüsuli idrakın xarici aləmdəki nümunəsi vahiddən çoxdur.
Əlbəttə, bu haqda diqqətli bölgü aparmaq tələb olunur.
Məsələn, aşağıda gələcək hissi idrak hüsuli olsa da, onun da
xarici aləmdəki nümunəsi vahiddir. Hər halda, bu haqda
diqqətli olmaq tələb olunur və burada qeyd olunanlar hüzuri
idrakla, hüsuli idrakın fərqinin açıqlanması üçün qısa
məlumatlardır. İdrakların hər birinin tərifi ilə tanış olduqdan
sonra hansının hüzuri, hansının hüsuli olduğunu da
aydınlaşdırmaq daha dəqiq olar.
Hissi, xəyali, təxəyyül, vəhmi və əqli idrak
İnsana, digər canlılardan fərqli olaraq, Yaradan tərəfindən
onun yoluna işıq saçan bir nemət - təfəkkür verilib.