Page 160 - Islamic Studies 03
P. 160
Quranın Hərtərəfli olmaq …/ (159
qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti
olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq
qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə
(həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha
yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
1
Bu ayədə isə Allah orucluğa aid olan iki şəri mövzuya
toxunur. İlk olaraq orucluğun müddətinə işarə edir. Daha sonra
isə oruc tutmağa taqəti olmayan, xəstə və digər şəxslərin
hökmünü izah edir. Diqqət etsək, görərik ki, Allah imkanı və
taqəti olan hər bir şəxsə oruc tutmağı vacib edir və bununla da
oruc tutmağın önəmli olmasını açıqlayır.
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə
aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan
ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər
(bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə
tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah
sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən
günlərin orucunu tamamlayasınız və sizi düz yola
yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və
2
şükür edəsiniz.
Sonuncu ayədə Allah yenə orucluğa aid bəzi məsələləri
çatdırır. İlk olaraq Quranın məhz ramazan ayında nazil
olduğunu bildirir. Daha sonra oruc tutmağın vacibliyini
açıqlayır, xəstə və oruc tutmağa şəraiti olmayanları isə oruc
tutmaqdan azad olduqlarını bildirir. Ayənin davamında islam
Bəqərə, 184. 1
Bəqərə, 185. 2