Page 162 - Islamic Studies 03
P. 162
Quranın Hərtərəfli olmaq …/ (161
islamın gözəl davranışa verdiyi önəmi bir daha sübut edir.
Ayənin ən maraqlı hissəsi budur ki, Allah bizə əmr edir ki,
pisliyi yaxşılıq ilə dəf edək. Yəni bizə pis davranan insanlar
qarşısında səbirli olub, onları gözəl davranış nümayiş edərək
yola salaq.
Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından:
“Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın
qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək)
edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə
əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla,
əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz
1
döndərənsiniz.
Diqqət etsək, görərik ki, bu ayədə Allah həm ibadətə, həmdə
gözəl davranış və əxlaqa riayət etməyə təkid edir. Yəni əgər
insan kamil insan olamq istəsə, yalnız ibadət etməklə buna nail
ola bilməz. Ona görə də ibadətlə yanaşı, gözəl davranış və
başqalarına yardım etmək də çox önəmli mövzulardan biridir.
Ayədə, “insanlarla xoş danışın” deyə bir cümlə var. Bu xitab,
islamın əxlaqa verdiyi dəyəri sübut etmək üçün kifayət edər.
Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar
arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr
edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə
verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi)
2
eşidəndir, görəndir!
Oxuduğumuz ayə, əxlaqi dəyərlərin nümunələrindən olan
“Əmanət” və “ Ədalət” mövzularına aiddir. Allah ayədə əmr
Bəqərə, 83. 1
Nisa, 58. 2