Page 161 - Islamic Studies 03
P. 161

160) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               dininin  qanunlarının  insanlara  çətinlik  yaratmaq  məqsədi  ilə
               yox,  əslində  yüngül  və  rahat  yaşamaları,  eyni  zamanda  düz
               yola yönəlmələri üçün vacib edildiyi bildirilir. Yəni islamdakı
               qanunlar  əslindəı  insanların  pak  fitrəti  ilə  uyğundur  və  bu
               qanunlara riayət etməklə insanlar doğru yola hidayət olurlar.

               Əxlaqa aid olan ayə və hədislər


                 Əxlaq dedikdə gözəl davranış nəzərdə tutulur. Heç bir ilahi
               dində  yanlış  və  kobud  davranışa  qarşı  müsbət  baxılmadığı
               kimi, islam  dinində də kobudluq  mənfi  qarşılanır. İslam dini
               gözəl davranışa çox önəm verir və əslində bu dinin ən önəmli
               hədəflərindən  biri,    gözəl  davranış  tərzini  insanlara
               çatdırmaqdan  ibarətdir.  Ona  görə  də  bütün  ilahi  dinlərdə
               başqalarına  qarşı  yaxşı  rəftar  etmək  tövsiyə  olunduğu  kimi,
               islam dini də bu mövzudan yan keçməyib.

                 Əgər  insan  başqasının  qəlbinə  dəyib,  ona  qarşı  laqeyd
               yanaşsa, günah işlədər və sonunda öz imanını korlamış olar.

                 Gözəl davranış haqqında həm Quranda, həmdə hədislərdə bir
               çox ibrətli cümlələr mövcuddur.


                 Quranda əxlaqa aid olan bəzi ayələri diqqətinizə çatdırırıq:

                 Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf
               et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın
               bir  dost  görərsən!  Bu  (xislət)  yalnız  səbr  edənlərə  verilir  və
                                                                                  1
               yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!
                 Ayədə açıq şəkildə bildirilir ki, yaxşılıq ilə pislik eyni olan
               bilməz. Yəni gözəl davranış ilə pis davranış eyni deyil. Bu ayə


                                                                           Fussilət, 34-35. 1
   156   157   158   159   160   161   162   163   164   165   166