Page 163 - Islamic Studies 03
P. 163

162) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



               edir ki, başqalarının əmanətinə qarşı diqqətli olaq və onları öz
               sahiblərinə olduğu kimi qaytaraq. Eyni zamanda da insanlara
               qarşı ədalətli olmağı əmr edir və buyurur ki, iki tərəf arasında
               hökm verib, fikir söyləyən zamanı, ədalətə riayət etməliyik.

                 Bu  ayə  də  öz  növbəsində  islam  dininin  əxlaqa,  gözəl  və
               insaflı davranışa verdiyi önəmi bir daha sübut edir.

                 Bir qədər əvvəl qeyd etdik ki, əxlaq mövzusuna aid kifayət
               qədər həm Quran ayələri, həmdə hədislər var. Əxlaqa aid bəzi
               ayələr  ilə  tanış  olduq.  İndi  isə  bu  mövzuya  aid  olan  bəzi
               hədisləri gətiririk.


                 Peyğəmbər  (s)  buyurur:  Mən, əxlaqi fəzilətləri tamamlamaq
                                   1
               üçün seçilmişəm.
                 Peyğəmbərin (s.ə) bu hədisini oxuyan hər bir şəxs, islamdakı
               əxlaqın  yerini  və  dəyərini  anlaya  bilər.  Çünki  hədisə  diqqət
               etsək,  görərik  ki,  peyğəmbər  (s.ə)  Allah  tərəfindən
               peyğəmbərliyə  seçildiyinin  əsas  hədəfinin  “Ən  gözəl  əxlaqı
               kamil  etmək  üçün”  olduğunu  bildirir.  Buda  bir  daha  islamın
               əxlaqa verdiyi dəyəri sübut edir.

                 Başqa  bir  hədisdə  isə  Peyğəmbər  (s.ə)  belə  buyurur:  Allah
               yanında ən seviləniniz, ən əxlaqlı olanınızdır.
                                                                   2

                 Peyğəmbərin (s.ə) bu hədisi isə Allah qatında  əxlaqa verilən
               dəyəri sübut edir.

                 İmam  Əli  (ə)  buyurur:  Əxlaq  və  davranışı  pis  olan  şəxsin,
                                  1
               ruzisi də az olar.


                                                                 Məkarimul-Əxlaq, c.1.səh,8. 1
                                                                Məcməul-Bəyan, c.10.səh,87. 2
   158   159   160   161   162   163   164   165   166   167   168