Page 164 - Islamic Studies 03
P. 164
Quranın Hərtərəfli olmaq …/ (163
İmam Əlinin (ə) buyurduğu bu hədis isə çox maraqlı
hədislərdən biridir. Təsəvvür edin ki, imam (ə) əxlaqın insan
ruzisinə təsiri barədə danışır. Yəni əgər insanın davranışı və
əxlaqı pis olarsa, ruzisi də az olar. Bu hədisi geniş mənada izah
etsək, mövzu çox uzanar. Amma hədisi qısa şəkildə açıqlasaq,
bunu deyə bilərəm ki, pis davranışlı insanlardan hər kəs uzaq
durmağa çalışır. Belə olduqda isə həmin insanın başqaları ilə
əlaqələri azalar. İnsanlar ilə əlaqəsi az olan insanının da
iqtisadi inkişaf potensialı və imkanları da az olar. Nəticə
etibarı ilə də həmin şəxsin pul qazanmaq imkanı da azalar.
İmam Sadiq (ə) buyurur: Gözəl davranış və əxlaqdan yaxşı
və ləzzətli bir həyat yoxdur.
2
Bu hədisdə isə İmam Sadiq (ə) gözəl davranışın insan
psixologiyasına verdiyi müsbət təsiri barədə danışır. Yəni əgər
insan başqaları ilə gözəl davranarsa, əslində bu onun özü üçün
də xoş olar. Çünki başqaları ilə kobud davranmaq, insanın
zehnində mənfi təfəkkür yaradır. Hər bir mənfi düşüncə isə,
insan psixologiyasına pis təsir edir. Ona görə də yaxşı davranış
insan zehnində aramlıq yaradır və nəticədə insanın yaşayışı da
aram və xoş olar.
İrfan mövzusuna aid ayə və hədislər
İslamda ən önəmli mövzulardan biri İrfan mövzusudur. İrfan
sözü ərəb köklü bir sözdür və leksik mənası “Tanımaq”
deməkdir. İrfan sözünün terminoloji mənası isə, Allahı
tanımaq anlamındadır.
Ğurərul-Hikəm, h.8023. 1
İləluş-Şərayi,c.2.səh,559. 2