Page 165 - Islamic Studies 03
P. 165

164) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)



                 Əlbəttə unutmamalıyıq ki, bu tanışlıq, xüsusi bir tanışlıqdır.
               İrfan  tanışlığı  hiss,  təcrübə,  əql  və  ya  nəql  yolu  ilə  əldə
               edilmir. Bu tanışlıq daxili və batini bir görüşlə bağlıdır. İrfan
               müşahidələr  və  mükaşifələrlə  müşayiət  edilir.  Bu  qəbil
               müşahidələr  isə  xüsusi  məşqlər  və  riyazətlərlə  əldə  edilir.
               Uyğun istiqamətdə əməli üsullar, seyr-sülük ayinləri də irfan
               adlandırılır.  Belə  bir  irfan  əməli  irfan  adlanır.  Çünki  qarşı
               tərəfdə  nəzəri  irfan  da  var.  Nəzəri  irfanda  isə  əqli  dəlillər
               görürük. Təsəvvüf sözü isə ehtimal edilir ki, suf sözündəndir
               və yun libas geyən mənasında işlənir. Bu baxımdan təsəvvüf
               dedikdə çətin dolanışıq və ləzzətlərdən uzaqlıq nəzərdə tutulur.
               Burada daha çox əməli irfana yaxınlıq görünür. Irfan isə nəzəri
               irfana daha çox münasibdir.

                 İrfan sözünün həm leksik, həmdə terminoloji mənası Allahı
               tanımaq ilə əlaqəli olduğunu nəzərə alsaq, bu mövzunun islam
               ilə dərin bağlılığının olduğunu başa düşmək olar. Çünki islam
               dininin  ən  mühim  prinsiplərindən  biri,  tək  Allahın  varlığına
               inanmaqdır. Ona görə də irfan mövzusunun islam ilə çox yaxın
               bağlılığı var. Bunu nəzərə alanda belə bir nəticəyə gəlmək olar
               ki,  Quranda  irfan  mövzusuna  dair  kifayət  qədər  ayələr
               olmalıdır.


                 Mövzumuz  sırf  irfana  xas  olmadığı  üçün,  irfan  haqqında
               verdiyimiz qısa məlumat ilə kifayətlənir və aşağıda irfana aid
               olan ayə və hədisləri gətiririk.

                 (Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq
               (pak  bir  müvəhhid,  xalis  təkallahlı  kimi)  üzünü  Allahın  fitri
               olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini
               (Onun  yaratdığı  tövhid  dini  olan  islamı)  heç  vəchlə
               dəyişdirmək  olmaz.  Doğru  din  budur,  lakin  insanların
   160   161   162   163   164   165   166   167   168   169   170