Page 166 - Islamic Studies 03
P. 166

Quranın Hərtərəfli olmaq …/ (165


               əksəriyyəti  (haqq  dininin  islam  olduğunu)  bilməz.  (Allah
               bütün  insanları  xilqətcə  müsəlman  –  təkallahlı  yaratmışdır,
               lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar
               yaşa  dolduqda  öz  nadanlıqları  üzündən  batil  dinlərə  -
                                           1
               bütpərəstliyə uymuşlar).
                 Bu ayəni oxuyanda başa düşürük ki, Allaha inanc insanların
               daxilində mövcuddur. Yəni Allah insanları yaradanda, onların
               daxilində  haqqa,  ədalətə,  doğruluğa  və  ən  əsası  da  Allaha
               inanıb, onu axtarmağa dair bir hiss də yaradıb.

                 (Müşriklər)       gəmiyə       mindikləri      zaman       (dəryada
               batacaqlarından  qorxub)  dini  (ibadəti)  yalnız  Ona  məxsus
               edərək  (ixlasla)  Allaha  dua  edərlər.  Allah  onları  sağ-salamat
                                                                        2
               quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.

                 Bu  ayədə  isə  hətta  müşriklərin  daxilində  Allahın  varlığına
               inancın  olduğu  bildirilir.  Çox  maraqlıdır  ki,  bu  ayədə
               insanların  çətinlik  zamanı  Allahı  xatırladıqları,  rahatlığa
               çıxdıqları  zaman isə  yenə  onu  unutduqları  bildirilir. Belə bir
               xüsusiyyət  bir  çox  insanlarda  var  və  demək  olar  ki,  hər  kəs
               belə  bir  hal  ilə  üzləşir.  Yəni  insan  sıxıntı  və  problemlər  ilə
               üzləşdiyi  zaman  Allahı  xatırlayıb  dua  edir,  problemi  həll
               olduqdan  sonra  isə,  yenə  öz  yanlış  işləri  ilə  məşğul  olub,
               Allahı unudur.











                                                                                Rum, 30. 1
                                                                             Ənkəbut, 65. 2
   161   162   163   164   165   166   167   168   169   170   171